Həbsdə olan jurnalist Əfqan Muxtarlı ona qarşı təxribat hazırlandığını bildirib. Bu barədə jurnalistİN həyat yoldaşı Leyla Mustafayeva öz Facebook səhifəsində yazıb.
"Əfqan zəng edib dedi ki, saxlandığı 16 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təzyiqlər artıb. O təcili olaraq vəkilləri ilə görüşmək istədiyini bildirdi. Dediklərini olduğu kimi yazıram:
"Mənə yeməyi, dərmanları Samir Əsədli gətirir. Samir Əsədliyə zəng etməyə yasaq qoyublar. Ad günümdə dostlarım və həmkarlarımdan 200-dək təbrik məktubu və açıqcalar gəlib. Onları da mənə verməkdən imtina ediblər. Məni xəstələr üçün nəzərdə tutulan otaqdan da çıxarıblar.
Məmməd İbrahimi də burda 16 saylı cəzaçəkmə müəssisəsində şərləyib əlavə cinayət işi açmışdılar. Ehtimal var ki, eyni planı mənə də tətbiq etsinlər.
Bir həftədən çoxdur məni təxribata çəkirlər. Bu işdə cəzaçəkmə müəssisəsinin rəhbəri Şahin Həsənov və Kamil adlı inspektor fəallıq göstərir. Məmməd İbrahimi də burda 16 saylı cəzaçəkmə müəssisəsində şərləyib əlavə cinayət işi açmışdılar. Ehtimal var ki, eyni planı mənə də tətbiq etsinlər. Mənə qarşı təxribat planını Şahin Həsənov idarə edir. Mən əşyalarımı “koptorka”ya qoyuram. Bəyan edirəm ki, çantalarımda qadağan olunmuş əşya yoxdur. Çantalarımdan yasaq olunmuş əşya “çıxacağı” halda bütün məsuliyyəti Şahin Həsənov daşıyacaq.
Mayor rütbəli inspektor Kamil cəzaçəkmə müəssisəsinin rəhbəri Şahin Həsənovun göstərişi ilə mənə qarşı təzyiq edir ki, onlara etiraz edim və bundan istifadə edib mənə qarşı cinayət işi qaldırsınlar.
Beynəlxalq təşkilatlardan, Ədliyyə Nazirliyi, QHT-lərdən xahiş edirəm, 16 saylı cəzaçəkmə müəssisəsində monitorinq aparsınlar.
Görünür mənə verdikləri 6 il həbs cəzası ürəklərini soyutmayıb. Mehman Hüseynova qarşı qaldırılan son cinayət işinə xitam verdilər. Amma digər məhbusların azadlığa buraxılması üçün cəhdləri, aksiya və kampaniyaları davam etdirmək lazmıdır. Siyasi məhbusların azadlığa buraxılması üçün mitinqə çıxanlara, eləcə də aclıq aksiyasına qoşulan hər kəsə təşəkkür edirəm."