Accessibility links

Altay Göyüşov: Azərbaycan hökuməti demokratiyanı əbədi hakimiyyətinə təhlükə sanır [Video-Müsahibə]


Altay Göyüşov : Azərbaycan hökuməti demokratiyanı əbədi hakimiyyətinə təhlükə sanır
please wait

No media source currently available

0:00 0:13:58 0:00

Dekabrın 6-da "Azərbaycan hökumətinin iki üzü” adlı yazısı “Foreign Policy” dərgisində çıxan Altay Göyüşov Amerikanın Səsi ilə müsahibəsindən çıxarışlar:

“Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın demokrtaik bir dövlət olacağına dair düşüncəmiz var idi. 2000-ci illərdə Azərbaycanın Avropa Şurasına qoşulmasından sonra da, ağrılı anlar yaşansa da, müəyyən çətinliklər olsa da, Azərbaycanın beynəlxalq ictimaiyyətin yardımı ilə demokratik bir ölkə olacağına və başqa bir yolun mümkün olmayacağına inanırdıq.”

“2013-cü il prezident seçkilərindən sonra belə müəyyən ümidlər var idi., Azərbaycan hökuməti öz yolunu dəyişdirib, içəridəki repressiyalarla demokratiyanın son elementlərini aradan qaldırmaq yolunu tutub.”

“ Son illər Bakı rejiminin media, siyasi partiyalar, QHT-lər kimi müstəqil institutları sistemli şəkildə dağıtması ilə Azərbaycanda avtoritar rejimdən daha sərt rejimə keçid prosesi başlayıb. Gürcüstan və hətta avroritar Rusiyadan asılı Ermənistan demokratiyanın bəzi elementlərini özündə saxlayır. Azərbaycanda mövcud olan hakimiyyət isə ümumiyyətlə demokratiyanı kənara atıb.”

“Bizim hökumət demokratiyanı özünün əbədi hesab etdiyi hakimiyyətinə təhlükə sandığı üçün Qərbi mənfi obrazda camaata çatdırmaq istəyir. “

“Qərbin nüfuzunun sirayətinin qarşısını almaq üçün anti-qərb təbliğatı aparan Azərbaycan hökumətinin mövqeyi, başqa yerlərdə güclü olsa da, bu ölkədə çox güclü olmayan ekstremistlərin mövqeyi ilə üst-üstə düşür. Bu, Azərbaycanın gələcəyi üçün bir təhlükədir.”

“Azərbaycanı bu kursdan döndürmək üçün Qərb demokratiya tələbinin keçilməz və inkaredilməz olduğunu açıq şəkildə Azərbaycana izah etməlidir.”

"Vaşinqtonda olduğum müddətdə iştirak etdiyim bütün tədbirlərdə Azərbaycanda insan haqlarının vəziyyəti, demokratiyanın vəziyyəti, rejimin getdikcə sərtləşməsi məsələsi müzakirə mövzusu olub.“

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG