Accessibility links

Azərbaycan alpinistləri Nanga Parbat-ın fəthinə başlayıb


Himalay zirvəsi Nanga Parbat
Himalay zirvəsi Nanga Parbat

Nanga-Parbat (8126 metr) planetin ən mürəkkəb səkkizminlik zirvələrindəndir

İyunun 10-da Azərbaycan alpinistləri beynəlxalq ekspedisiyanın tərkibində Diamir divarı üzrə Kinşofer marşrutu ilə səkkiz min metrlik Himalay zirvəsi olan Nanga Parbat-ın fəthinə başlayıblar.
Komandanın kosmik əlaqə üzrə lideri və Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlunun Turan-a verdiyi məlumata görə, səhər saat 6-da komanda üzvləri baza düşərgəsindən çıxıblar və iki saat sonra 4600 metr yüksəkliyə çıxıblar.

Burada yüklər boşaldılıb və birinci yüksək düşərgənin çadırları qurulub. Oradan alpinistlər marşrutla yuxarı çıxıblar, sonrakı yolu araşdırıblar. Bundan sonra onlar istirahət etmək üçün baza düşərgəsinə eniblər.

Növbəti mərhələdə 5900 metr hündürlükdə ikinci yüksək düşərgəni qurublar.

Xatırladq ki, Azərbaycan komandası – İsrafil Aşurlu, İsmayıl Əsgərov və Rüfət Qocayev beynəlxalq ekspedisiyanın tərkibində Himalay zirvəsini fəth edir. “Uşaqların vəziyyəti yaxşıdır, iqlimləşməni normal keçiririk, mübariz əhval-ruhiyyəmiz var. Hər şey yaxşı olsa, hava pis vəziyyətdə qoymasa, ayın sonuna qədər zirvənin fəthi baş tutacaq”, deyə Aşurlu bildirib.

Nanga-Parbat (8126 metr) Pakistan ərazisində yerləşən planetin ən mürəkkəb səkkizminlik zirvələrindən biridir. Everestdən sonra ən çox bu dağda alpinist həlak olub.

Dağ ilk dəfə 1952-ci ildə Avstriya komandası tərəfindən fəth edilib, amma zirvəyə yalnız bir fəthçi –German Bul çıxa bilib.

Dağda ən çox insan 1938-ci ildə həlak olub. Həmin vaxt qar uçqunu alman komandasının 18 üzvünü öldürüb.
XS
SM
MD
LG