Accessibility links

Almaniyanın daxili işlər naziri UEFA-nı "məsuliyyətsizlik"-də günahlandırıb


Almaniyanın daxili işlər naziri Horst Sihofer cümə axşamı Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) turnirini COVID-19 pandemiyası dövründə keçirmək qərarının "tamamilə məsuliyyətsizlik" olduğunu deyib.

Avropa Kuboku 2020 turniri təxminən iki həftədir davam edir və oyunlar bütün Avropa boyu keçirilir. Yarımfinal və çempionat turlarının gələn həftə Britaniyanın Uembley Stadionunda ən azı 60 min tamaşaçı ilə oynanılması planlaşdırılır.

Reuters xəbər verir ki, COVID-19 məhdudiyyətləri bir ölkədən digərinə görə fərqli olduğuna görə turnir üçün standionda izdiham qaydaları tamamı ilə doludan 20-25 faizə qədər dəyişir.

Cümə axşamı Almaniya Səhiyyə Naziri Yans Spahn ilə birlikdə Berlində keçirilən brifinq zamanı Sihofer bildirib ki, pandemiya dövründə, xüsusilə də Britaniyada Delta variantının yayıldığı bir vaxt gigiyena və məsafə qaydalarını gözləmək "vacibdir".

Spahn bildirib ki, insanlara iki dozadan ibarət vaksinin yalnız bir dozasının geniş tətbiq oldunduğu Britaniyada Delta variantı artmaqdadır.

O, Deltanın iyulun sonuna qədər Almaniyada dominantlıq edəcəyini və bütün yeni yoluxmaların 80%-ni təşkil edəcəyini gözlədiyini bildirib.

Sihofer turnirin keçirilməsi qərarının qorunmadan daha çox ticarətlə əlaqəli olduğundan şübhələndiyini bildirərək UEFA-nı oyunlardakı izdiham qaydaları ilə bağlı qərarları ev sahibi ölkələrin öhdəsinə buraxmaq əvəzinə, bu qərarı təşkilatın özünün verməsinə çağırıb.

Bu həftənin əvvəlində Avropa İttifaqının icraedici orqanı olan Avropa Komissiyası UEFA-nı Britaniyada keçiriləcək final oyunları ilə bağlı qərarlarını "diqqətlə nəzərdən keçirməyə" çağırıb.

XS
SM
MD
LG