Accessibility links

Almaniyada dörd terror şübhəlisi həbs olunub


Almaniyada dörd terror şübhəlisi həbs olunub
Almaniyada dörd terror şübhəlisi həbs olunub

Almaniya polisi dörd İslamçını qeyri-qanuni silah əldə etmək ittihamları ilə həbs etdiyini xəbər verib. Həbslər Almaniyanın birləşməsinin 21-ci ildönümü ərəfəsinə təsadüf edir.

Rəsmilər hücum planına dair dəlil tapmadıqlarını deyirlər.

Prokurorlar Bonn şəhərində axtarış aparılarkən silah və ya təhlükəli əşya aşkar edilmədiyini bildiriblər. Terrorçu qruplarla da təmas müəyyən edilməyib.

Kölndə polis sözçüsü 22-27 yaşları arasında şübhəlilərin dünən həbs edildiyini bildirib. Polis cinayət aktının planlaşdırıldığının istisna edilməyini deyir.

XS
SM
MD
LG