Accessibility links

Almaniyada kütləvi aksiya keçirilib


Almaniyada kütləvi aksiya keçirilib
Almaniyada kütləvi aksiya keçirilib

Yaponiyada nüvə reaktorundakı partlayışdan sonra Almaniyada hökumətin enerji mənbəyi kimi nüvə proqramının genişləndirilməsi planına etiraz olaraq kütləvi aksiya keçirilib. On minlərlə insan cənub Stuttgart şəhəri ilə nüvə obyektinin yerləşdiyi Nekatvestaym arasında 45 kilomertlik insan zənciri qurub. Aksiya iştirakçıları 17 nüvə obyektinin əlavə 12 il işlədilməsi planına kəskin reaksiyalar bildirib. Almaniyanın əsas müxalifət partiyası Sosial Demokratlar bildirir ki, Yaponiya fəlakəti Almaniyanın nüvə siyasətini dəyişməlidir. Nüvə enerjisindən istifadə edilməsini Almaniya kansleri Angela Merkel irəli sürüb.

XS
SM
MD
LG