Fransa və Almaniya Ukraynada mayın 25-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin baş tutmasa bunun ağır nəticələr verə biləcəyi barədə Rusiyaya xəbərdarlıq edib.
Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Olland birgə mətbuat konfransında bildirib ki, seçkilər baş tutmasa onlar Moskvaya qarşı daha ağır sanksiyalar tətbiq edəcəklər.
Almaniyanın ,şimal-şərqində çıxış edən iki lider habelə bildirib ki, Ukraynanın şərqində iki gərgin regionda rusiyapərəst yaraqlıların sabah keçirməyi planlaşdırılan suverenlik referendumu legitim deyil.
Rusiya prezidenti Vladimir bu həftənin əvvəli üsyançıları səsverməni təxirə salmağa çağırmasına baxmayaraq, onlar deyib ki, referendumu keçirməyi planlaşdırırlar.
Bundan başqa bu gün səhər Ukraynın şərqindəki Donetsk şəhərində üsyançı fəallar dünən axşam saxladıqları Qırmızı Xaç Cəmiyyətinin 7 işçisini sərbəst buraxıb. Cəmiyyətin rəsmisi Reuters-ə bildirib ki, işçilərdən biri çox pis şəkildə fiziki zorakılığa məruz qalıb.