Accessibility links

Almaniya Vaşinqton və Tehran arasında gərginliyin azaldılmasına səy göstərir


Almaniyanın xarici işlər naziri Heiko Maas
Almaniyanın xarici işlər naziri Heiko Maas

Almaniyanın diplomatik mənbələrinə əsasən, xarici işlər naziri Heiko Maas Avropanın ABŞ-la nüvə razılaşmasını xilas etmək və Vaşinqton və Tehran arasında gərginliyin azaldılması səyləri çərçivəsində bazar ertəsi günü Tehranda İran prezidenti Həsən Ruhani ilə görüşəcək.

Tehran və Vaşinqtonda arasında uzun müddət mövcud antoqonist münasibətlərdə bir qədər yumşalma 2015-ci ildə dünyanın altı qüdrətli dövləti ilə İran arasında Tehranın nüvə fəaliyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan razılaşmanın əldə edildiyi zaman yaranmışdı. Lakin prezident Donald Trampın 2018-ci ildə ABŞ-ın razılaşmadan çıxdığını elan etməsi və Tehrana qarşı sanksiyaları bərpa etməsindən sonra ABŞ və İran arasında qarşıdurma yenidən güclənib.

İran prezidenti Həsən Ruhani
İran prezidenti Həsən Ruhani

Almaniya da daxil olmaqla müqaviləni imzalayan Qərbi Avropa ölkələri nüvə sazişini xilas etməyə çalışsalar da, Tramp administrasiyasının İranın ballistik raket proqramı və Tehranın Yaxın Şərq münaqişəsindəki rolu ilə bağlı narahatlıqlarını bölüşür.

Almaniya, Fransa və Britaniya nüvə razılaşmasının İranın nüvə silahları istehsalına potensial yol aça biləcək uran zənginləşdirməsi proqramının məhdudlaşdırılmasının ən yaxşı yolu olduğunu bəyan edir.

Almaniyanın xarici işlər naziri Heiko Maas Tehrandan öncə İraqda səfəri zamanı İranla hər hansı münaqişənin bütünlükdə Yaxın Şərq üçün təhlükələri ilə bağlı xəbərdarlıq edib.

USS Abraham Lincoln təyyarədaşıyan hərbi gəmi
USS Abraham Lincoln təyyarədaşıyan hərbi gəmi

ABŞ rəsmiləri Birləşmiş Ştatların Yaxın Şərqdə hərbi mövcudluğunu gücləndirmək qərarını müdafiə edir.

Pentaqon regionda USS Abraham Lincoln təyyarədaşıyan hərbi gəmi, USS Arlington desant platforması, Patriot raket müdafiə batareyası və B-52 bombardmançılarını yerləşdirib. ABŞ-ın 5-ci Flotiliyası Ərəbistan dənizində təhlükələrə cavab verilməsi üçün hərbi dəniz qüvvələrinin patrulu və məşqlərinin gücləndirildiyini bildirib.

İran keçən ay 2015-ci il razılaşması ilə nəzərdə tutulan bəzi öhdəliklərini azaltdığını bildirib və Avropa ölkələrinin Tehranı ABŞ sanksiyalarından müdafiə edə bilmədiyi təqdirdə, 60 gündən sonra sazişlə icazə verildiyi səviyyədən daha yüksək səviyyədə uran zənginləşdirilməsinə başalanacağı ilə bağlı xəbərdarlıq edib.

İranın Fars xəbər agentliyinin verdiyi məlumata görə, xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, Maasın Tehrana səfəri Almaniyanın nüvə sazişini saxlamağa çalışdığını göstərir.

Bununla belə, Zərif Maasın Tehran və Vaşinqtonda arasında vasitəçi ola biləcəyini düşünmədiyini bildirib. “Almaniya xarici işlər nazirinin xüsusi mesaj çatdırmaq üçün Tehrana səfər etdiyi güman edilmir” – deyə, o bildirib.

XS
SM
MD
LG