Accessibility links

Merkel Almaniya seçkilərinin favoritidir [Video]


Merkel Almaniya seçkilərinin favoritidir
please wait

No media source currently available

0:00 0:03:08 0:00

Almaniyada o, “mutti” və ya “mammi” kimi tanınır. Kampaniya posterləri Merkelin “ağıllı, təmkinli və qətiyyətli” olduğunu deyərək, onunla Almaniyanın “uğur yolu”na davam edəcəyinə vəd verirlər. Rəy sorğuları seçicilərin bununla razı olduğunu göstərir.

“Amma mən həm də düşünürəm ki, bu seçkilərdə çox böyük rol oyanayan meyarlar Trampın seçilməsi, Brexit və beynəlxalq aləmdəki qeyri-sabitlikdir.”

Avropa Birliyi liderləri ümid edirlər ki, Merkelin qələbəsi bir neçə böhrandan sonra blokun inkişaf prosesini möhkəmlədirəcək.

Bu böhranlar arasında ən ciddisi mühacir axınıdır. 2015-ci ildə Almaniyaya milyona yaxın mühacir daxil olub. Çoxları bununla Merkelin siyasi karyerasına son qoyulacağını düşünürdü.

“Mən səmimi olaraq deyə bilərəm ki, biz ehtiyacı olanları mehribanlıqla qarşıladığımız üçün üzr istəməliyiksə, onda bu mənim ölkəm deyil.”

Merkel daha sərt immiqrasiya qanunları ilə seçicilərin rəğbətini yenidən qazanmağa çalışdı. Lakin böhran ifrat sağçı “Almaniya üçün Alternativ” partiyasını gücləndirdi. Mühacirət məsələsinə əlavə olaraq, son zamanlar baş verən terror hücumları da bu partiyanın diqqətdə saxladığı mövzulardandır.

“10 faizdən çox səs qazanmaq onlar üçün çox böyük bir uğur olacaq. Yadda saxlamlıyıq ki, onlar cəmi dörd il əvvəl formalaşıblar.”

“Almaniya üçün Alternativ” partiyasının anti-mühacir ritorikası seçki kampaniyasının əsas mövzusuna çevrildi.

“Bu partiyanın seçicilərinin heç də hamısı sağçı ekstrimist deyillər. Bu aydındır. Amma, inanıram ki, partiyanın rəhbərliyi sağçı eksremistlərdən ibarətdir və bu bir problemdir.”

“Almaniya üçün Alternativ” gələcəkdə əsas müxalif qüvvə ola bilər. Bu, seçkilərin nəticəsindən sonra höküməti formalaşdıran koalisiyanın tərkibindən asılı olacaq.

Bu həm də mərkəz-sağçı Sosial Demokrat Partiyasının nəticəsindən də asılıdır. Avropa Birliyi Parlamentinin sabiq prezidenti Martin Şultsun rəhbərlik etdiyi partiya rəy sorğularında ikinci yerdə gedir.

“Məndə elə təəsürat var ki, xalq hələ də izləyir. Almaniyada hər iki seçicidən biri kimə səs verəcəyi barədə qərar verməyib.”

Dünya da izləyir. Paris İqlim Sazişini dəstəkləməklə, azad ticarətin əsas təşviqatçısı və Türkiyədəki repressiyaların əsas tənqidçisi olmaqla Almaniyanın qlobal səhnədə rolunu artır.

“Siz bu cür söhbətləri alman mətbuatında da oxuya bilərsiniz. Amma bu Almaniyada böyük bir məsələ deyil. Məncə, almanlar bu rolu öz üzərilərinə götürməkdə çox həvəsli deyillər.”

Əvəzində isə təhlilçilər əksər almanın daxili sabitliyə diqqət yetirdiyini və seçimlərini də buna müvafiq edəcəklərini bildirirlər.

XS
SM
MD
LG