Accessibility links

Favoritizm ittihamları ilə üzləşən Almaniya prezidenti istefa verdi


Favoritizm ittihamları ilə üzləşən Almaniya prezidenti istefa verdi
Favoritizm ittihamları ilə üzləşən Almaniya prezidenti istefa verdi

Keçmiş vəzifəsində siyasi favoritizm ittihamları ilə üzləşən Almaniya prezidenti Kristian Vulf istefa verib.

Prokurorlar dünən cənab Vulfun toxunulmazlıq hüququnun ləğvi üçün müraciət etmişdilər. Onun Aşağı Saksoniya ştatının qubernatoru olduğu zaman səlahiyyətlərindən sui-istifadə etməsi hazırda təhqiqat subyektidir.

İttihamlara əsasən Vulf rejissor dostuna iki dəfə oteldə qalmasını maliyyələşdirməyə icazə vermiş və varlı dostunu həyat yoldaşından iri məbləğdə borc almışdır.

Cənab Vulfu əsasən seremonial mahiyyət daşıyan prezidentliyə təyin etmiş Kansler Angela Merkel açıqladığı qısa bəyanatda prezidentin istefasından məyus olduğunu bildirib.

Kansler Merkel əlavə edib ki, o, yeni prezidentin seçilməsi ilə bağlı siyasi partiyalar arasında konsensus olmasını arzulayır.

XS
SM
MD
LG