Accessibility links

Angela Merkel Osventsim ölüm düşərgəsini ziyarət edib


Almaniya kansleri Angela Merkel cümə günü Adolf Hitler rejiminin Avropaya vurduğu vəhşilikləri görmək üçün ilk dəfə Osventsim ölüm düşərgəsini ziyarət edib.

Merkel özü ilə 60 milyon avro (66,6 milyon dollar) ianə də aparıb. Bu pul hazırda muzey olan düşərgənin kazarma, gözətçi qüllələri və öldürülənlərin ayaqqabıları və çamadanları kimi şəxsi əşyalarının qorunub-saxlanması üçün ayrılan fonda veriləcək.

Düşərgə və orada olan əşyalar alman vəhşiliyinin sübutu və bəşəriyyətin pisliyə qadir olmasının ən qabarıq simvollarından biri kimi saxlanır. Lakin onlar zaman və kütləvi turizm səbəbindən xarab olur və uzun müddət qorunub-saxlanmaları üçün işlər tələb edir.

Bu məbləğ 10 il əvvəl Osventsim dövlət muzeyi tərəfindən təsis edilərkən Almaniyanın Auşvits fonduna ianə etdiyi 60 milyon avroya əlavə olunacaq.

Beləliklə Almaniyanın Auşvits fonduna ianə etdiyi məbləğ 120 milyon avro olacaq ki, bu da Almaniyanı yardımlar göstərən 38 ölkə arasında ən səxavətli ölkə etmiş olur.

2005-ci ildən kansler olan Angela Merkel faşistlərin digər ölüm düşərgələrində olub, beş dəfə İsrailin Holokost muzeyini və Yad Vaşemi ziyarət edib.


XS
SM
MD
LG