Accessibility links

Almaniya məktəbləri açmaq qərarına gəlib


Federal və əyalət rəhbərləri hələ də yarım milyon şagirdin, onların müəllimlərinin və məktəblərdə çalışan digər işçilərin koronavirusdan necə qorunacağının yollarını axtardığı bir vaxt Almaniya bazar ertəsindən məktəblərin açılacağını bildirib.

"Ziddiyyətli prioritetlər mövcuddur və bunlar bizim üçün çox vacibdir. Bir tərəfdən sağlamlığın qorunması, digər tərəfdən isə hər bir uşağın təhsil almaq hüququnu təmin etmək" - deyə, Almaniyanın təhsil naziri Sandra Şeres bildirib.

O, məktəb daxilində bəzən şagirdləri bir-birindən 1,5 metr məsafə saxlamağın qeyri-mümkün olduğunu deyib.

Şeres məktəblərin şagirdləri qruplara bölmələrini və biri-birlərindən aralı qalmalarını tövsiyə edib. Yalnız koronavirus testi müsbət çıxan şəxs və onun olduğu qrup karantinə alınmalıdır.

Mərkəzi hökumət şagirdlərdən və müəllimlərdən sinif dərslərində və ya oyun meydançalarında deyil, koridorlarda maska taxmağı tələb edəcək.

Bir çox başqa ölkələr də məktəblərin nə vaxt və necə açılacağına qərar verməyə çalışır.

Prezident Donald Tramp ABŞ-ın bütün məktəblərinin əyanı təhsil üçün açılmasında təkid edir. Lakin bir çox ştat buna hazır olmadığını və tədris ilini iyunda bitirdikləri kimi - virtual olaraq, bu ayın sonunda başlamağı planlaşdırdıqlarını bildirib.

Keçən həftə Corciya ştatında açılan məktəbin izdihamlı koridorunda çəkilən fotoşəkildə yalnız bir neçə şagirdi maskada görmək olub. Doqquz şagirddə koronavirus testinin müsbət çıxmasından sonra məktəb yenidən bağlanıb və şagirdlər onlayn dərslərə göndərilib.

XS
SM
MD
LG