Accessibility links

93 yaşlı keçmiş nasist düşərgəsinin nəzarətçisi məhkəmə qarşısına çıxarılır


Almaniyada keçmiş konsentrasiya düşərgəsinin keşikçisi və 5000-dən çox insanın qətlində əli olmaqda ittiham edilən 93 yaşlı şəxs məhkəmə qarşısına çıxarılır.

Bruno Deyə qarşı Ştutthof düşərgəsində 5,230 nəfərin qətli ittihamı irəli sürülüb.

Vəkili müstəntiqlərə "Deyin etdiyi əmələ görə peşman olduğunu" deyib.

Yaşının çox olmasına görə Deyin məhkəməsi hər gün yalnız iki saat davam edəcək və yalnız həftədə iki dəfə keçiriləcək.

Məhkəmə qərar verərsə, Deyı 6 aydan 10 ilə qədər həbs cəzası gözləyir.

Təxminən 75 ildən sonra nasist Almaniyasında xidməti ilə bağlı müstəntiqlərə geniş məlumat verən Dey 1944-cü ildə 17 yaşında nizami orduya yararsız hesab edildiyi üçün SS qarovul dəstəsinə qəbul edildiyini etiraf edib.

Bundan sonra o, həmin vaxt Danziq indi isə Qdansk adlanan şəhər yaxınlığındakı Ştuttof düşərgəsinə ezam olunub.

XS
SM
MD
LG