Accessibility links

Əlirza Fərşi yenidən məhkəməyə çağırılıb


Araznews vebsaytı Əlirza Fərşinin Facebook səhifəsinə istinadən yazır ki, güneyli fəal mayın 30-da saat 9:00-da Tehran İnqilab Məhkəməsində olmalıdır. Bu barədə onun vəkilinə bildiriş təqdim olunub.

21 fevral Dünya Ana Dili Günündə Tehranda nəzarət altına alınan güneyli fəal iki aya yaxın Evin zindanında saxlandıqdan sonra aprelin 19-da zaminə buraxılmışdı.

Milli-mədəni hüquqlar uğrunda mübarizə aparan Əlirza Fərşi İranda azərbaycanlıların dil haqlarını qorumaq istiqamətində göstərdiyi fəaliyyətlərə görə dəfələrlə həbs edilmiş və universitet müəllimi vəzifəsindən uzaqlaşdırılmışdır.

XS
SM
MD
LG