Accessibility links

Alimlər mayadan istifadə etməklə canlı orqanizm yaratmağa çalışır [Video]


Alimlər mayadan istifadə etməklə canlı orqanizm yaratmağa çalışır
please wait

No media source currently available

0:00 0:02:18 0:00

Təxminən dörd min ildir ki, insanlar mayadan istifadə edərək çörək və müxtəlif alkoqollu içkilər hazırlayırlar. Lakin çox insan bilmir ki, maya həm də canlı orqanizmdir.

İnsan hüceyrələri kimi, maya hüceyrələrində də onların böyümə və bərpası üçün lazım olan bütün məlumatları özündə ehtiva edən uzun DNT xromosomlar var. Müasir texnologiyalar sayəsində alimlər DNT-in tərkibində olan A, C, G və T kimi tanınan dörd nükleobazı kəsib və yapışdırmağa imkan verir.

Ancaq Nyu York Universitetinin Boeke Laboratoriyasının alimləri maya ilə aparılan eksperimentlərdə məsələyə fərqli cür yanaşmağa çalışıb.

Kompüter köməyi ilə müəyyən bir ardıcıllığı olan DNT parçalarını - məsələn T-A-G - kəsilərək süni şəkildə yaradılmış T-A-A ilə əvəz edilmişdir.İndiyə qədər alimlər altı mayanın 16 xromosomunu yaradıb və dəyişib. Bunların hamısı da yaxşı işləyir.

Tədqiqatçılar bildiribləri ki, onlar DNT üzərində edilən təcrübələrə görə ortaya çıxan etik narahatlıqların fərqindədirlər və bu barədə müzakirələrə açıqdırlar.

Son məqsədi isə dərman və ya yanacaq istehsalı üçün daha uyğun ola biləcək sintetik mayanın yaradılmasıdır. Digər tədqiqatçılar deyirlər ki, genetik mühəndislik hava çirklənməsini və hətta zərərli maddələrin mövcudluğunu aşkar edən bilən bitkilərin yaranmasına səbəb ola bilər.

XS
SM
MD
LG