Azərbaycanın tanınmış xanəndəsi Alim Qasımov mayın 13-də Tehranda konsert proqramı ilə çıxış edib.
“Media forum” saytının məlumatına görə, Beynəlxalq Sərgi Mərkəzinin Milad zalında keçirilən konsertə Güney Azərbaycan əyalətlərinin müxtəlif şəhərlərindən yüzlərlə musiqi həvəskarı qatılıb.
Konsertin prodüseri Xosrov Sərtipi səhnəyə çıxaraq Azərbaycan dilində çıxış edib. “Dünyanın bir çox yüksək mükafatlarını qazanmış, ölkəmizdə populyar olan bir ustad xanəndənin konsertinə qatıldığım üçün fəxr edirəm. Alim Qasımov və onu müşayiət edən digər musiqiçilərlə birlikdə pillə-pillə yüksəkliklərə qalxaraq allahın görüşünə getdik”.
Alim Qasımov Tehranda çıxış etdiyinə görə sevindiyini bildirib. “Bəzən insan qocaldığını hiss edəndə elə bilir ki, yəqin səsi də tükənib. Lakin bu gecə buraya toplaşan insanların bizim işimizi belə yüksək qiymətləndirdiyini və ürəkdən bizi alqışladığını görəndən sonra sonsuz dərəcədə sevinirəm”, xanəndə qeyd edib.