Accessibility links

Ali Məhkəməyə namizəd senatorların dəstəyini qazanmağa çalışır


ABŞ Senatının çoxluq lideri Mitç Makkonnel deyib ki, mümkündür Brent Kavanonun Ali Məhkəməyə nominasiyası ilə bağlı səsvermə payızadək keçirilsin.

Kavano çərşənbə axşamı Makkonnel və bir neçə digər senatorla görüşərək, dinləmələrdən öncə onların dəstəklərini qazanmağa çalışıb.

Kavanonun aqibəti Ali Məhkəmənin 1973-cü ildə ölkə boyu abortu leqallaşdıran Roe v. Wade qərarını dəstəkləyən iki respublikaçı senatora bağlı ola bilər.

“Bu ölkədəki insanlar bu konstitusion hüquqa arxalanırlar və mən Roe qərarına qarşı qərəz nümayiş etdirən heç bir hakimə səs verməyəcəm. Mən hələ ki, hakim Kavanoda belə bir şey hiss etməmişəm, amma bu məsələni onunla müzakirə etmək istəyirəm”-deyə, Senator Süzan Kollins bildirib.

Respublikaçılar Senatda bir səslə çoxluğa sahibdir. Əgər senatorlar partiya mənsubiyyətlərinə görə səs versələr, bu, Kavanonun namizədliyinin bir səslə təsdiqlənəcəyi deməkdir.

XS
SM
MD
LG