Accessibility links

Ali Məhkəməyə namizəd cinsi qısnamada ittiham olunur


Ali Məhkəməyə namizəd Brett Kavanonu cinsi qısnamada ittiham edən qadın ittihamlarını ictimailəşdirib.

Kaliforniyanın Palo Alto Universitetinin professoru Kristin Bleysi Ford bazar günü Vaşinqton Post qəzetinə bildirib ki, o, təcavüz zamanı öldürüləcəyindən qorxurdu.

O deyib ki, Kavano və dostu onu yatağa atıb, daha sonra üzərindəki paltarları çıxarmağa çalışıb. O, hər iki oğlanın “çox sərxoş” olduğunu söyləyib.

Ford deyib ki, hadisə 1980-ci illərdə Merilend ştatında onlar məktəb şagirdi ikən baş verib.

Kavano ittihamları rədd edib.

Demokrat qanunvericilər bu ittihamların nominasiyanın qarşısını alacağı ilə bağlı şübhələrini ifadə edib.

Lakin Senatın Ədliyyə Komitəsinin yüksək səviyyəli üzvü olan demokrat senator Dayan Faynstin deyib ki, Kavanonun nominasiya prosesi Federal Təhqiqat Bürosunun ittihamlarla bağlı istintaqını başa çatdıranadək təxirə salınmalıdır.

Senatın azlıq lideri Çak Şumer də istintaq başa çatanadək təsdiq dinləmələrinin təxirə salınmasına çağırıb.

Vaşinqton Post qəzeti xəbər verir ki, Senatın Ədliyyə Komitəsinin respublikaçı üzvləri Kavanonun təsdiqi ilə bağlı səsverməni bu həftə keçirəcəklərini bildirib.

Ədliyyə Komitəsinin cümə axşamı günü səsvermə keçirəcəyi gözlənilir.

53 yaşlı Kavano Vaşinqtonda federal apellyasiya məhkməsində hakim vəzifəsində çalışır. Prezident Donald Tramp hakim Antoni Kennedini əvəzləmək üçün iyul ayında onun Ali Məhkəməyə namizədliyini irəli sürüb.

XS
SM
MD
LG