Accessibility links

Ali Məhkəmə jurnalistin kassasiya şikayətini təmin etməyib


İyulun 7-də Azərbaycan Ali Məhkəməsi hakim Əziz Seyidovun sədrliyi ilə jurnalist və hüquq müdafiəçisi Elçin Məmmədin oğurluq və qanunsuz silah dövriyyəsi ittihamları ilə 4 il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökmdən verilmiş kassasiya şikayətini təmin etməyib.

Vəkil Fariz Namazlı prosesdə bildirib ki, birinci instansiya və apellyasiya məhkəmələrinin qərarları qanunsuz və əsassızdır.

Onun sözlərinə görə, ziynət əşyaları və güllələr müttəhimin ofisinə qəsdən qoyulub. Ofisin açarı ofisin sahibində də var idi, o, Məmmədin olmadığı zaman ofisdə olduğunu təsdiq edib.

Daha sonra Namazlı qeyd edib ki, aşağı instansiya məhkəmələri yüngülləşdirici halları: müttəhimin yetkinlik yaşına çatmamış övladlarının olmasını və onun hüquq müdafiəçisi olmasını nəzərə almayıb.

Vəkil məhkəmədən bəraət hökmü çıxarmağı xahiş edib. Amma dövlət ittihamçısı Rəşad Məmmədli hökmün dəyişdirilmədən saxlanmasını istəyib.

Bu zaman məhkəmə heyəti kassasiya şikayətinin təmin edilmədiyini və əvvəlki instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlandığını elan edib.

Fariz Namazlı
Fariz Namazlı

Vəkil Amerikanın Səsinə deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. Artıq Strasburq Məhkəməsinə Məmməd barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı şikayət göndərilib.

Elçin Məmməd səhhəti ilə əlaqədar məhkəmədə iştirakdan imtina edib. Fəalın anası Rəhilə Məmmədli hesab edir ki, oğlu sifarişlə həbs edilib.

“Oğlum məmurlar arasında korrupsiyanı ifşa edir, özbaşınalığın qurbanı olan insanların hüquqlarını müdafiə edirdi. Məhz buna görə ona qarşı cinayət işi saxtalaşdırılıb. Təəssüf ki, Ali Məhkəmə ədaləti bərpa etmədi,” Rəhilə Məmmədli bildirib.

2020-ci il oktyabrın 17-də Sumqayıt Şəhər Məhkəməsi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatının rəhbəri və “Yüksəliş Naminə” saytının redaktoru Elçin Məmmədovu “oğurluqda” və “qanunsuz döyüş sursatı və silah saxlamaqda” təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib.

Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib. Bu qadın daha əvvəl criminal.az saytının redaktoru Anar Məmmədovdan da şikayət etmişdi.

Məmməd cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir. Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar Məmmədin həbsini pisləyib. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG