Accessibility links

Əli Kərimli: Həbs oluna bilərəm [Audio-Müsahibə]


Əli Kərimli
Əli Kərimli

AXCP sədrinin Amerikanın Səsinə müsahibəsi

Yerli mediada Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin bu günlərdə həbs ediləcəyi ehtimalı ilə bağlı məlumatlar dərc edilib. Rəsmi orqanlar bu məlumata hələ münasibət bildirməyib.

AXCP sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində həbs olunma ehtimalının olduğunu təsdiq edib.

Əli Kərimli: Həbs oluna bilərəm
please wait

No media source currently available

0:00 0:06:22 0:00

Amerikanın Səsi: Bu gün yerli mediada sizin həbs olunmanız ehtimalı ilə bağlı məlumatlar yayılıb. Bu ehtimal nə qədər realdır?

Prinsip etibarı ilə problemləri mənimlədirsə, mən hazıram. Hansı bəhanə istəyirlər quraşdırsınlar. Bu yola çıxanda hər şeyi gözümə almışam.

Əli Kərimli: Realdır. Prinsip etibarı ilə bir neçə müddətdir ki, hökumət mediası məni ciddi şəkildə şərləyir. Ətrafımdakı adamlar da sürətlə həbs olunurlar. Bu məlumata mən də rast gəldim, oxudum və təəccüblənmədim. Mənim üçün təəccüblü olmadı. Gözlənilir, belə bir hadisənin olması. Əslində belə də daha da yaxşıdır. Çünki, ətrafımda olan günahsız insanları həbs edərək guya mənimlə bağlı zəmin yaratmaq istəyirlər. Mus-mus deməkdənsə, elə birbaşa mustafa demək lazımdır. Prinsip etibarı ilə problemləri mənimlədirsə, mən hazıram. Hansı bəhanə istəyirlər quraşdırsınlar. Bu yola çıxanda hər şeyi gözümə almışam. Hər zaman həbs olunma ehtimalımı mümkün saymışam. Nəinki həbs olunma ehtimalımı, hətta öldürülmə ehtimalımı da mümkün saymışam. Ona görə də qətiyyən narahat deyiləm və hesab edirəm ki, bunu nə qədər tez etsələr, o qədər yaxşıdır. Cəbhəçilərdən əl çəksinlər, mənim qohumlarımdan, ailə üzvlərimdən əl çəksinlər, günahsız insanları mənə görə incitməsinlər. Mən hər zaman hazıram, evdəyəm, gözləyirəm, gəlsinlər bir bəhanə taparlar.

Amerikanın Səsi: Ehtimal var? Hansı ittihamla sizi həbs edə bilərlər? Bununla bağlı sezdirmələr varmı və ya sizə məlumatlar çatıbmı?

Faiq Əmirlini “Gülən camaatı”nın imamı elan edən bir hakimiyyətdən hər şey gözləmək olar. Açığı, mən artıq heç bir ittihamı istisna etmirəm.

Əli Kərimli: Xeyr. Hökumət mətbuatı (Prezident Aparatı tərəfindən idarə olunan mətbuat orqanları) məni ölkədə “baş gülənçi” elan edib. Ona görə, güman etmək olar ki, bəlkə də bu istiqamətdə hərəkət edəcəklər. Amma, prinsip etibarı ilə bu adamlar hər şeyə qadirdir. Baxın, bu gün növbəti bir Xalq Cəbhəsi fəalını, İsmayıl Rəsulovu həbs ediblər. Adamı gəlib evində axtarıblar, deyiblər ki, bölmə rəhbəri səni görmək istəyir. Sonra özü öz ayağı ilə gedir polisə və onu polisə müqavimət adı ilə həbs ediblər. Bundan əvvəl Suraxanı rayon şöbəsinin fəalı Qədim Bəkirov da elə olmuşdu. Özü öz ayağı ilə polis idarəsinə gedib və polisə müqavimətə görə həbs ediblər. Faiq Əmirlini “Gülən camaatı”nın imamı elan edən bir hakimiyyətdən hər şey gözləmək olar. Açığı, mən artıq heç bir ittihamı istisna etmirəm. Amma, Azərbaycan xalqı bilməlidir ki, mənə qarşı hər hansı bir ittiham elan olunacaqsa, bu birmənalı şəkildə saxta olacaq. Mən hüquqdan kənar heç bir addım atmamışam. Bu mənim təbiətimdir, mən hüquqşünasam. Hüquqdan kənar heç bir addım atmamışam. Hər zaman qanuni və hüquqi mübarizənin tərəfdarı olmuşam. Mübarizəmizi aparmışam, prinsipial mübarizə aparmışam, amma bir addım da qanundan kənara qoymamışam. Ona görə bəri başdan elan edirəm ki, mənə qarşı hər hansı ittiham irəli sürüləcəksə, yüzdə-yüz əminliklə deyirəm ki, bu saxta olacaq.

Amerikanın Səsi: Vəziyyətdən çıxışı nədə görürsünüz?

Dünya tarixində heç bir belə hadisə yoxdur ki, xalqlar əbədi olaraq cığallığa dözsünlər. Hər bir xalqın dözüm limiti var. Azərbaycan xalqı üçün də belə bir limit var.

Əli Kərimli: Azərbaycan hökuməti başa düşməlidir ki, Əli Kərimlinin, cəbhəçi fəalların, başqa ictimai-siyasi xadimlərin həbs olunması onun problemlərini həll etməyəcək. Səhv başa düşürlər. Ölkəni idarə edə bilməyiblər, sosial-iqtisadi böhran artıq boğazlarından yapışıb. Ölkədə get-gedə sosial gərginlik artacaq. Öz aləmlərində fikirləşirlər ki, Xalq Cəbhəsi, onun sədri Əli Kərimli nə zamansa bu sosial etirazları idarə edə biləcək bir güc ola bilər. Amma, başa düşmürlər ki, o sosial etirazlar olacaqsa, onu idarə edən güc olmasa onlar üçün daha pis olacaq. Bunu başa düşmürlər. Onu başa düşmürlər ki, repressiyaları artırmaqla sosial-iqtisadi problemlər də həll yolunu tapmayacaq, xalqın narazılığı da aradan qalxmayacaq. Əksinə, haqsız həbslər insanları daha da hiddətləndirəcək, ümidləri tükəndircək və başa düşəcəklər ki, ayrı-ayrı fərdlərə ümid bağlamaq lazım deyil. Bunu, Azərbaycan xalqını nə qədər tez başa düşsələr o qədər yaxşı olacaq ki, ayrı-ayrı partiyalara, qruplara, ayrı-ayrı siyasətçilərə ümid bağlamaq lazım deyil. Azərbaycanda durum elədir ki, yalnız ümummilli səylərlə vəziyyəti dəyişmək olar. Ona görə də birmənalı şəkildə diktaturanın qurulmasının, o biri tərəfi də var ki, bu Azərbaycanda sosial partlayışları sürətləndirə bilər. Azərbaycan hökuməti bunu başa düşsə addım-addım, tədrici də olsa siyasi və iqtisadi islahatlar yolunu tuta bilsə ölkəni o fırtınalardan xilas edəcək. Yox, əgər bunu başa düşməsə, axıra qədər Hüsnü Mübarəkin, o zamankı o diktatorların getdiyi yollarla represiyaları artıra-artıra, haqsızlığı, ədalətsizliyi ərşə qaldıra-qaldıra gedəcəksə, bir gün öz kininin, qəddarlığının qurbanı olacaq. Dünya tarixində heç bir belə hadisə yoxdur ki, xalqlar əbədi olaraq cığallığa dözsünlər. Hər bir xalqın dözüm limiti var. Azərbaycan xalqı üçün də belə bir limit var. Əgər, siyasi qüvvələrin bu prosesi idarə etməyə gücü olsa, o halda ölkədə dinc, demokratik dəyişikliklər olar. Yox, əgər Azərbaycan hökuməti dinc, demokratik dəyişikliklərin yolunu tamamən tıxayacaqsa, heç bir siyasi müstəvi qoymayacaqsa, o zaman həmin o, ac və qəzəbli xalqla üz-üzə qalacaq və Azərbaycan üçün çox böyük fəsadlar ola bilər. Mən bunu qətiyyən istəmirəm. İnanın ki, bizim fəaliyyətimiz ona yönəlib ki, ölkədə dinc dəyişikliklər potensialını saxlayaq. O yol Azərbaycan xalqı üçün açıq qalsın. Azərbaycan hökuməti isə istəyir ki, həmin o inkişafın şərti olaraq üçüncü yolunu, - dinc, demokratik yolunu qapatsın. Azərbaycan hökuməti istəyir ki, xalqı dillema qarşısında qoysun ki, ya bu hökumətin, avtoritar-sülalə hakimiyyətinin bütün ərköyünlüklərinə, bütün haqsızlıqlarına dözməlidirlər, yaxud da bir çarələri qalacaq ki, nə vaxtsa dözməyib sosial partlayışla ayağa qalxsınlar. Sosial partlayış təhlükəlidir. Hər zaman xaos potensialına malikdir. Xüsusən coğrafiyamızda olan digər qüvvələri də nəzərə alanda sosial partlayışın ölkəmizə, millətimizə nələr vəd edəcəyini bilmək olmaz. Ona görə də mən Azərbaycan hökumətini məsuliyyətli olmağa çağırıram. Əgər, prinsip etibarı ilə hesab edirlərsə bu çox ağıllı bir çıxış yoludur, öz aləmlərində hesab edirlərsə bununla Azərbaycanın bütün problemlərini həll edəcəklər, o halda məsələni heç uzatmağı tövsiyyə etmirəm, bəhanə edib yalandan günahsız cəbhəçiləri də həbs etmək lazım deyil, problemi məndə görürlərsə artıq qərarlarını versinlər.

XS
SM
MD
LG