Accessibility links

Əli Kərimli yenə AXCP sədri seçildi


Əli Kərimli
Əli Kərimli

İyunun 24-də Maştağa Mədəniyyət Evində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) VII qurultayı keçirilib. Qurultayda Əli Kərimli yenidən partiyanın sədri seçilib, onun əleyhinə bir nəfər səs verib. Bu barədə məlumatı partiya funksionerləri yayıb.

Məlumatda deyilir ki, qurultayda 7 nəfərdən ibarət Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçilib. 2 həftədən sonra isə partiyanın Ali Məclisinə və Rəyasət Heyətinə yeni seçkilər olacaq. Qurultayda 4 qətnamə qəbul edilib.

AXCP Azərbaycan Xalq Cəbhəsinin (AXC) varisidir. 1989-cu il iyulun 16-da yaradılan həmin təşkilat Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən bir il sonra, 1992-ci ildə həmin təşkilatın sədri Əbülfəz Elçibəy Azərbaycan prezidenti seçilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyası Azərbaycan Milli Azadlıq hərəkatının aparıcı qüvvəsi olan Azərbaycan Xalq Cəbhəsinin bazasında 1995-ci ildə qurulub və həmin il sentyabrın 1-də Ədliyyə Nazirliyi tərəfindən rəsmi qeydiyyata alınıb.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının 2001-ci ildən sədri Əli Kərimlidir.

XS
SM
MD
LG