"Azərbaycanın bütün dövlətlərlə, həmçinin, ABŞ və Avropa dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətləri çox rəvandır, proqnozlaşdırılandır və qarşılıqlı maraqlara söykənir".
Bu barədə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Amerikanın Səsinin ABŞ-Azərbaycan münasibətləri ilə bağlı sualının cavabında bildirib.
"Azərbaycan bu ölkələrlə daxili işlərə qarışmamaq, bir- birinin maraqlarını müdafiə etmək prinsiplərinə sadiqdir və bir sıra sahələrdə ortaq maraqlara malikdir. Bu ölkələr sırasında ABŞ xüsusi əhəmiyyət kəsb edir. Bütün sahələrdə bu ölkə ilə münasibətlərimiz rəvandır", o qeyd edib.