Əlcəzairdə hərbi təyyarə qəzaya uğrayıb. Müdafiə Nazirliyinin bildirdiyinə görə, təyyarədə olan 257 nəfər həlak olub.
Təyyarə paytaxt Əlcəzairdən 25 kilometrlik məsafədə yerləşən Bufarik hərbi bazası yaxınlığında düşüb.
Ölənlərin 247-si sərnişin, 10 nəfəri uçuş heyətinin üzvü olub. Onların əksəriyyəti əsgər və onların ailə üzvləridir.
Kimliklərinin müəyyən edilməsi üçün cəsədlər xəstəxanaya aparılıb.
Təyyarə cənub-qərbi Tinduf şəhərinə istiqamət almışdı.
Qəzanın səbəbləri bəlli deyil.