ABŞ və Rusiyanın vasitəçiliyi ilə Suriyanın Hələb şəhərində atəşkəs əldə edilib.
Hələbdə aprel ayından bəri hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər 280 mülkü vətəndaşın ölümünə səbəb olub.
ABŞ Dövlət Departamenti bildirib ki, Hələbdə və ətraf bölgələrdə hərbi əməliyyatların dayandırılması dünən yerli vaxtla gecə yarısından bir qədər sonra qüvvəyə minib.
Suriya rejimi Hələbdə atəşkəsə hörmətlə yanaşdığını, lakin bu atəşkəsin 48 saat davam etməli olduğunu bildirib.
Suriya rejiminin razılığa məhəl qoymayaraq üsyançı qruplara qarşı hücumlar həyata keçirəcəyi təhlükəsi qalmaqda davam edir.
ABŞ rəsmiləri deyib ki, atəşkəs əldə edildikdən sonra Hələbdə döyüşlərin davam etməsi barədə məlumatlara baxmayaraq ümumilikdə zorakılıqlar səngiyib.