Accessibility links

"Aleksey Navalnının zəhərlənməsi FSB tərəfindən həyata keçirilib"


Britaniyanın Bellingcat və bir neçə media orqanı birgə apardığı araşdırma nəticəsində Rusiya müxalifət lideri Aleksey Navalnının son zəhərlənməsinin Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həyata keçirildiyini göstərdiklərini söyləyən dəlilləri ortaya çıxardığını bildirir.

Rusiyanın “Insider” vebsaytı, Almaniyanın “Der Spiegel” nəşri və ABŞ-ın CNN televiziyasının da iştirak etdiyi araşdırmanın nəticələrinə görə, Kremlin tənqidçisinin bu ilin avqustunda Sibirin Tomsk şəhərində zəhərlənməsinə azı 2017-ci ilin əvvəlindən hazırlıq gedib.

“2017-ci ilin əvvəlindən 2020-ci ilin avqustunadək FSB-nin zəhərli maddələrlə işləyən bölməsinin əməliyyatçıları Navalnını Rusiyaya səfərləri zamanı izləyib, 30-dan çox uçuş zamanı onunla birlikdə uçub, Tomsk əməliyyatından öncə azı iki dəfə onu zəhərləməyə cəhd ediblər”, qrup dekabrın 14-də yaydığı bəyanatında bildirib.

Aleksey Navalnı hazırda Almaniyada müalicəsini davam etdirir. Avqustun sonunda onun Sibirdə Noviçokla zəhərləndiyi bildirilir. Müxalifətçi Rusiya Prezidenti Vladimir Putinin şəxsən bu hücuma göstəriş verdiyini deyib. Kreml isə bu fikirləri rədd edir.

“Bellingcat” bildirir ki, araşdırma zamanı FSB-nin üç əməliyyatçısının Navalnı ilə birlikdə Novosibirskə, daha sonra zəhərlənməyə məruz qaldığı Tomska uçduğunu müəyyənləşdirib. Həmin şəxslərin Aleksey Aleksandrov və İvan Osopov adlı həkimlər, Vladimir Panayev adlı daha bir nəfər olduğu bildirilir.

Bu ilin avqustunda Navalnı Moskvaya uçarkən təyyarədə özünü pis hiss edib, təyyarə Omskda məcburi eniş edib. O, bir neçə gündən sonra Berlinə aparılıb və orada həkimlər onun Noviçok adlı sinir maddəsi ilə zəhərləndiyi bildirilib.

Avropa Birliyi və Britaniya Navalnının zəhərlənməsinə cavabdeh hesab etdiyi altı rusiyalı rəsminin aktivlərini dondurub və onlara səyahət qadağası tətbiq edib.

XS
SM
MD
LG