Avropanın ən böyük partiyalarından biri, Avropa Parlamentində fraksiyası olan Avropa uğrunda Liberallar və Demokratlar Alyansı (ALDE) Azərbaycanda müxalif siyasətçi Tofiq Yaqublunun həbsi ilə bağlı narahatlığını bildirib.
ALDE-nin bəyanatında bildirilir ki, Yaqublu Azərbaycan prezidenti İlham Əliyevin hökumət koronavirusun yayılmasına qarşı mübarizə apararkən, "beşinci kolonun" təxribatlar törətdiyini bəyan edərək, müxalifət nümayəndələrinə işarə etməsindən bir neçə gün sonra həbs edilib. Üç gün sonra məşhur müxalif siyasətçi və hökumətin qatı tənqidçisi Yaqublu xuliqanlıq ittihamı ilə həbs edilib.
ALDE-nin bəyanatında keçmiş siyasi məhbus Yaqublunun Müsavat Partiyasının üzvü və Demokratik Qüvvələrin Milli Şurası müxalifət koalisiyasının üzvü və jurnalistdir, o, Azərbaycanda tez-tez insan hüquqları məsələlərini qaldırırdı.
Daha sonra ALDE Müsavat Partiyası tərəfindən yaradılmış Yaqublunun Hüquqlarını İctimai Müdafiə Komitəsinin bəyanatından sitat gətirir: "Dünya ictimaiyyətinin diqqəti bəşəriyyət üçün qlobal təhlükə təşkil edən koronavirus Covid 19 pandemiyası üzərində cəmləşdiyi bir vaxtda hökumət siyasi müxalifətə qarşı repressiya tədbirlərini fəallaşdırıb".
Yol Nəqliyyat Hadisəsində Yaqublunun avtomobili zərbə almasına baxmayaraq, qəzada onu ittiham ediblər və həbs ediblər.
ALDE həmçinin Human Rights Watch-un və Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin Yaqublunun həbsini tənqid etməsinə diqqət çəkib.
"ALDE Partiyası vəziyyəti diqqətlə izləməyə davam edir. 2019-cu ilin oktyabrında Afinada keçirilən konqresdə ALDE partiyası Azərbaycanda bütün siyasi məhbusların azad edilməsi çağırışını təsdiq edib", deyə ALDE-nin bəyanatında bildirilir.
Bu arada Tofiq Yaqublunun həbsindən verilmiş apellyasiya şikayətinə baxılması koronavirusun yayılmasına qarşı tədbirlər çərçivəsində məhkəmə orqanlarının fəaliyyətinin məhdudlaşdırılması bəhanəsi ilə uzadılır.
Məhkəmə iclası aprelin 6-dan əvvəl keçirilməyəcək, deyə Yaqublunun qızı Nigar Həzi bildirib.