ABŞ Geloji Araşdırmalar İnstitutu (GAİ) ucqar Alaska adasında 4750 metr hündürlüyə kül buludunun qalxmasından sonra həyəcan siqnalı verib. Kül buludları uçuş marşrutlarına təsir göstərə bilər.
GAİ 1729 metr hündürlüyünə malik Klivlənd Vulkanı üçün narıncı kod – ikinci ən yüksək xəbərdarlıq verib. Vulkan Ankorac şəhərindən 1500 kilometr cənub-qərbdə yerləşir.
Agentlik deyir ki, satelit məlumatlarıı göstərir ki, əlavə qəfil partlayışlar baş verə bilər ki, bu da tüstünü dəniz səviyyəsindən 6096 metrə qaldıra bilər.
Narıncı kodlu xəbərdarlıq rəsmilərin vulkanla bağlı artan narahatlığını əks etdirir.