Alabama ştat rəsmiləri güclü tornadodan sonra axtarış əməliyyatlarını davam etdirir.
Bazar günü ABŞ-ın cənub Alabama ştatında baş verən tornado nəticəsində ən azı 23 nəfər ölüb, çox sayda yaralı var.
Yerli hökümət rəsmilərinin dediyinə görə, ölkənin cənub şərqindəki sərt hava nəticəsində ən azı iki tornado quruya çatıb.
Li dairəsinin fövqəladə hallar xidmətinin mətbuat katibinin sözlərinə görə, qasırğanın ilkin dalğasından sonra dağıntılar arasında axtarışlar aparılaraq, ilkin olaraq 150 nəfərə tibbi yardım göstərilib.
Mətbuat katibi Alabama ştatının paytaxtı Montqomeridən 95 km şərqdə yerləşən Berqard şəhərində bir çox evin dağıdıldığını deyib.
Bir çox adam hələ də itkindir.
ABŞ prezidenti Donald Tramp Twitter hesabında yazıb ki, Federal Fövqəladə Menecment Agentliyi Alabamaya lazımi yardım göstərir.