Accessibility links

Əl-Qaidə Suriyada üsyançılara dəstək bildirib (YENİLƏNİB)


Əl-Qaidə Suriyada üsyançılara dəstək bildirib (YENİLƏNİB)
Əl-Qaidə Suriyada üsyançılara dəstək bildirib (YENİLƏNİB)

Əl-Qaidə lideri Ayman Əl-Zəvahiri Suriyada prezident Bəşar Əl-Əsəd hökumətinə qarşı üsyana dəstəyini bildirib və qonşu ölkələrdə müsəlmanları Suriyada hökumətə qarşı çıxan üsyançıları dəstəkləməyə çağırıb.

İslamçıların veb səhifəsində yerləşdirilmiş videoda Zəvahiri Türkiyə, İraq, İordaniya və Livanda müsəlmanları Suriyada prezident Əsədin rejimi əleyhinə üsyanı dəstəkləməyə səsləyib. Video mesajda o, suriyalıları habelə Qərb və Ərəb ölkələrinin hökumətlərinə arxalanmamağa çağırıb.

Iraqın yüksək səviyyəli kəşfiyyat rəsmiləri son dörd ayda İraqın şimalından Suriyaya Əl-Qaidə ilə əlaqəsi olan döyüşçülərin keçdiyini, habelə silah keçirildiyini bildirib.

Zəvahirinin şərhləri Suriyada üsyan dövrü nisbətən sakit olan Hələb şəhərində iki intihaçının maşına yerləşdirilmiş bombaları təhlükəsizlik qüvvələrinin qərargahı yaxınlığında partlatmasından iki gün sonraya təsadüf edir. Hələlik hücumun məsuliyyətini öz üzərinə götürən olmasa da, intiharçı bomba hücumları adətən Əl-Qaidənin dəst-xəttindən xəbər verir.

Səkkiz dəqiqəlik “Suriya aslanları, irəli!” adlı video görüntüdə Zəvahiri arxada yaşıl rəngli pərdənin fonunda çəkilib.

Keçən il may ayında Əl-Qaidə lideri Üsəman Bin Ladenin ABŞ-ın xüsusi təyinatlı qüvvələri tərəfindən Pakistanda qətlə yetirilməsindən sonra Zavahiri təşkilata rəhbərliyi əlinə alıb.

Keçən həftə Zəvahiri daha bir video mesajında Somalidə mənzillənən Əl-Şəbəb yaraqlılarının onun terrorçu şəbəkəsinə qoşulduğunu elan etmişdir. Əl-Şəbəb bundan əvəl Əl-Qaidəyə sadiq olduğunu bildirmiş və keçən il iyun ayında Zəvahiriyə sədaqət andı vermişdir.

Birləşmiş Ştatar Əl-Şəbəbi terrorçu qrup kimi tanıyır.

XS
SM
MD
LG