Accessibility links

Azərbaycanlı mühacirlər Angela Merkelin iqamətgahının qarşısında aksiya keçirəcək


Demokratik Azərbaycanı Seç (DAS) təşkilatı avqustun 22-də Berlində Almaniya kansleri Angela Merkelin iqamətgahının qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə DAS Facebook səhifəsində məlumat yayıb.

Aksiya “Siyasi məhbuslara azadlıq!”, “Kürü diplomatiyasına yox!”, “İnsan hüquqlarını neft maraqlarına qurban verməyin!” şüarları ilə keçiriləcək.

Angela Merkel avqustun 23-25-də Cənubi Qafqaz ölkələrinə regional səfərə çıxacaq. A.Merkel avqustun 25-də Azərbaycana gələcək.

“Demokratik Azərbaycanı Seç” (DAS) təşkilatı 3 iyun 2018-ci ildə Almaniyada yaşayan bir qrup mühacir azərbaycanlılar tərəfindən təsis edilib.

XS
SM
MD
LG