Accessibility links

Azərbaycanın xarici ölkələrdəki səfirlikləri qarşısında gənc fəalların həbsinə etiraz aksiyaları keçirilir

Mayın 19-da bir qrup gənc Berlindəki Azərbaycan səfirliyinin qarşısında aksiya keçirib. Aksiyaçılar həbs olunan gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimovun işgəncələrə məruz qalmasına etirazlarını bildirib, həmçinin onların azad olunmasını tələb ediblər. Bu barədə meydan.tv saytı xəbər yayıb.

Xəbərdə deyilir ki, gənclər eyni zamanda həbsdə olan araşdırmaçı jurnalist Xədicə İsmayılın da azadlığa buraxılmasını istəyiblər. Aksiya iştirakçıları əyinlərinə üzərində Bayram Məmmədov, Qiyas İbrahimov və Xədicə İsmayılın şəkilləri olan köynəklər geyinməklə Azərbaycandakı insan haqlarının durumuna diqqət çəkmək istəyiblər.
Sayt bildirir ki, analoji aksiyaların digər ölkələrdəki Azərbaycan səfirliklərinin də önündə keçirilməsi planlaşdırılır.

Bununla yanaşı, Azərbaycanın Almaniya, Fransa, Belçika, Hollandiya, Türkiyədəki səfirliklərinin giriş qapılarına üzərində Bayram Məmmədov və Qiyas İbrahimovun fotoları olan, “Qul deyilik! Narkoman deyilik! Məhv etməyə çalışdığınız gələcəyik!” şüarları yazılmış plakatlar yapışdırılıb. Bu fotoları da meydan.tv saytı facebook səhifəsində yayıb.

XS
SM
MD
LG