Accessibility links

Türkiyə cəmiyyətində qütbləşmə artıb [Video]


Türkiyə cəmiyyətində qütbləşmə artıb
please wait

No media source currently available

0:00 0:03:24 0:00

Türkiyədə noyabrın 1-də yenidən parlament seçkiləri keçiriləcək. Seçkilər bu yaxınlarda Ankarada kürdlərin dinc mitinqində bomba partlayışının baş verdiyi bir vaxta təsadüf edir. Ölkədə yaranan təhdid qorxusu cəmiyyətdə qütbləşməni daha da dərinləşdirib.

Altı ay ərzində türklər ikinci dəfə seçkidə iştirak edəcək və bu seçki getdikcə amansız xarakter alır.

Prezident Rəcəp Tayyip Ərdoğanın partiyası Türkiyəni 13 ildir idarə edir. Təhlilçilər deyir ki, hakimiyyətin erkən illəri barışla xarakterizə edilirdi.

Ferhat Kentel: ”Türkiyə Cumhuriyyəti qurulandan bəri cəmiyyət qütbləşmə mühitinin şahidi olub və ya yaşayıb. Lakin ilk 10 ili nəzərə alarsaq ilk dəfə AKP zamanında düşünülməyə başlanmışdı ki, artıq qütbləşmə aradan qalxır”.

Kentel deyir ki, bu nikbinlik Ərdoğanın kürd azlığına daha çox haq verməsiylə və ermənilərə qarşı törədilən zorakılıqları qismən tanımaqla başlayıb. Lakin siyasi atmosfer tamamilə əks istiqamətə çevrilib.

Ferhat Kentel: “2011-ci ildən sonra qütbləşmə yenidən başladı. Onlar AKP-nin xüsusi təmayülünə konsentrasiya olmağa üstünlük verdi”.

Tənqidçilər bu xüsusiyyəti mühafizəkar və avtoritar olaraq adlandırır. İstanbulun Zeyrek məhəlləsində kürdpərəst HDP partiyasının bayrağını daha çox görmək mümkündür.

Halit Aytekin: “Ərdoğan əvvəllər yaxşı idi. Lakin iyun seçkilərindən sonra o qalib ola bilmədi, pis olmağa başladı. O, kürdlər ilə yenidən müharibənin başlamasına səbəbdir”.

Hökumət sabitliyin pozulmasında kürdpərəst PKK separatçılarını günahlandırır. Bununla yanaşı, Türkiyənin başı Suriya vətəndaş müharibəsinə qarışıb. İki miliyona yaxın qaçqın Türkiyə ərazilərində düşərgələrdə məskunlaşıb.

Türkiyənin rəhbəri olacaq şəxslər bir şey üzərində eyni fikirə sahibdirlər. Ölkənin üzləşdiyi təhlükələr. Lakin bu problemin həllində fərqli fikrə sahib olmaları Türkiyədə qütbləşməni dərinləşdirib.

Prezident Ərdoğanı dəstəkləyənlər isə deyir ki, o Türkiyəni güclü dövlətə çevirib.

Mehmet Salman: “Türklər, kürdlər, ələvilər, suriyalılar və hökumətləri tərəfindən əzilən ərəb ölkələrindəki insanlar, Misirdə Mursini dəstəkləyənlər, hamı Ərdoğanı sevir.”

Hər iki tərəf çox həyəcanlıdır. Gələcək hökumət üçün isə ən çətin iş Türkiyə cəmiyyətində qütbləşən tərəflər arasında körpü yaratmaq olacaq.

XS
SM
MD
LG