Accessibility links

Kürdlər Türkiyədə keçirilicək seçkilərin diqqət mərkəzindədir [Təhlil]


Noyabrın 1-i Türkiyədə yenidən parlament seçkiləri keçirilir. Seçkilərdə diqqət kürd azlığına yönəlib. Kürdpərəst HDP partiyası ilk dəfə iyun ayında parlament seçkilərində üstünlük əldə etməsi hakimiyyətdə olan AKP-nin səslərinin azalmasına səbəb olmuşdu. Ümidlər hökumət və PKK separatçıları arasında sülh razılaşmasının davam edəcəyi istiqamətində olsa da, yay aylarında müharibə yenidən qızışıb.

Türkiyənin şərq vilayəti Ərzurumda kürdlərin məskunlaşdığı ucqar kənd mühafizəkar və ölkənin ən kasıb yeri kimi tanınır. PKK döyüşçüləri həmin ərazidə bu ayın əvvəlində iki əsgəri öldürüb. Onlarla şübhəli yaraqlı isə həbs olunub.

Eyiba kəndinin sakinləri siyasi mövzularda danışmağa meylsizdirlər.

“Biz kimə səs verəcəyimizi bilmirik. Son dəfə biz kürd partiyası HDP-yə səs verdik. Ancaq sonra baş verənlər bizim istədiyimizin tam tərsi oldu. Müharibə yenidən başladı. Beləliklə biz indi dərindən düşünürük və ortada qalmışıq.”

“Biz kimə səs verəcəyimizi bilmirik”, deyə Abdullah Çolak bildirir. “Son dəfə biz kürd partiyası HDP-yə səs verdik. Ancaq sonra baş verənlər bizim istədiyimizin tam tərsi oldu. Müharibə yenidən başladı. Beləliklə biz indi dərindən düşünürük və ortada qalmışıq”.

Siyasi Tapmaca

Prezident Rəcəp Tayyip Ərdoğan noyabrın 1-də yenidən seçki keçirilməsinə qərar verib. 2002-dən bəri AKP ilk dəfə bu ilin iyun ayında keçirilən seçkilərdə parlamentdə əksəriyyəti itirdi və müxalifətlə iki ay davam edən danışıqlar koalisiya hökuməti qurulması üçün nəticə vermədi.

“AKP ölkə üçün yaxşı şeylər edib. Lakin bizim kürd partiyamız heç vaxt hökumətdə yer almayıb”, deyə Eyiba kənd sakini Zulkif Gezer bildirir. “Biz onlara şans verməliyik.”

Kənd məktəbinə dövlət tərəfindən təyinatla göndərilmiş iki etnik türk müəllimin kənd sakinlərinin söhbətinə qoşulması, sakinləri danışmaqdan çəkindirdi.

“Biz xalqa hizmət edən partiyaya səs verəcəyik. Biz hökumətimizdən razıyıq və AKP-yə səs verəcəyik. Əgər digər ölkələr Türkiyəni qarışdırmasa, bizim aramızda heç bir problem yoxdur.”
Abdulməlik Dündar

“Biz xalqa hizmət edən partiyaya səs verəcəyik”, deyə Abdulməlik Dündar bildirir. “Biz hökumətimizdən razıyıq və AKP-yə səs verəcəyik. Əgər digər ölkələr Türkiyəni qarışdırmasa, bizim aramızda heç bir problem yoxdur”.

Kənddə evlər daxmaya bənzəyir və evlərdə istilik həyətdə toplanmış təzək tayaları ilə təmin olunur. Qış gələndə kəndin şəhərlə əlaqəsi kəsilir. Lakin bəzi sakinlər deyir ki, AKP kənddə gündəlik həyatı yaxşılaşdırıb.

“İndi bizim vertolyotlu təcili yardım xidmətimiz var”, deyə Kasim Tutar bildirir. “Əvvəllər həkimə getmək üçün 70-100 dollar xərcləməliydik. Ancaq indi ödəmirik. İstanbula işləmək üçün getsəm, heç kim artıq məni kürd olduğuma görə narahat etmir. Kürdlərin vəziyyəti yaxşılaşıb”.

Ucqar kəndlərdə yaşayan kürd icmalarının sülh ümidləri münaqişə qorxusuyla əvəzlənib.

XS
SM
MD
LG