Accessibility links

Əkbər Paşayi: Etirazçılar türk kimliyinə sahib çıxdılar [Audio-Müsahibə]


Əkbər Paşayi
Əkbər Paşayi

Tehrandan Amerikanın Səsinə danışan fəal Əkbər Paşayi son vaxtlar İran Azərbaycanı və türklərin yaşadığı digər şəhərlərdə keçirilən etiraz aksiyalarının mahiyyəti və etirazçıların şüarları və ortaya qoyduğu tələbləri şərh edib. O, habelə türklər və qadınlar haqqında təhqiramiz ifadələri yayımlayan Tarhe No qəzetinin fəaliyyət istiqamətini də dəyərləndirib.

Əkbər Paşayi İran Azərbaycanında etirazlar haqda danışır
please wait

No media source currently available

0:00 0:14:35 0:00

Paşayi Şiraz və Zəncan şəhərlərində türklərin keçirdiyi aksiyaların dinc şəkildə olduğunu ancaq digər şəhərlər xüsusilə Təbriz, Urmiyə və Xoyda mədəni aksiyaların polisin sərt müdaxiləsi ilə dağıdıldığını bildirir.

O, etirazçıların səsləndirib və ya plakatlar üzərində nümayiş etdirdiyi şüarların əsas istiqamətinin türk kimliyinə sahib çıxmaq və irqçi siyasətə etiraz etmək olduğunu önə çəkir.

Azərbaycanda türklərin kimliyini danır və Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Cumhuriyyətinin adına hücum edir. Deyirlər ki onun adı ‘Azərbaycan’ deyil ‘Aran’-dır.

“Bütün şəhərlərdə etirazçıların tələbləri, istəkləri və şüarları eyni idi. ‘Haray haray mən türkəm’, ‘türk dilində mədrəsə’, ‘ölüm olsun faşizmə’ kimi şüarları gördük. Etiraza çıxanlar iki mövzunun üstündə dayanırlar - biri türk kimliyidir, biri də İranda gedən irqçi siyasətə etiraz bildirmək.”

Tehranda yaşayan türk fəalın söylədiklərinə görə, “etiraz aksiyaları toplumun müxtəlif təbəqələri o cümlədən, tələbələr, işçilər və hətta dövlət dairələrində çalışanların iştirakı ilə keçirilib. Bunları biz tutulanların içində də görürük.”

Tarhe No qəzetinin keçən illərdən bəri fəaliyyətlərini dəyərləndirən Paşayi bu qəzetin Azərbaycanda türk kimliyini inkar edib və Azərbaycan Respublikasının adına hücum etdiyini deyir.

Zəncan - 28 iyul 2016
Zəncan - 28 iyul 2016

“İndiyə qədər Tarhe No qəzetində yayımlanan yazıda olduğu kimi türklər bu açıqlıqda təhqir edilməmişdi... Bu qəzetin sabit bir xətti və siyasəti var. Azərbaycanda türklərin kimliyini danır və Məhəmməd Əmin Rəsulzadənin qurduğu Azərbaycan Cumhuriyyətinin adına hücum edir. Deyirlər ki onun adı ‘Azərbaycan’ deyil ‘Aran’-dır,” deyə o bildirir.

Əkbər Paşayi həmçinin qəzetin türk fəalları haqqında yayımladığı yazılara diqqət çəkir:

“Bunlar illərdir təbliğ edirlər ki biz Azəriyik, Türk deyilik. Buna görə də elmi şəkildə bizim türklüyümüz ya vətənimiz Azərbaycan haqqında yazılar yayan türk fəallar ya yazarlarımızı düşmən kimi tanıtdırırlar. Dr. Zehtabi, Sədiq, Cavad Heyət kimi alimlərimizi casus və xain adlandırırlar.”

Şahnamədə iranlılıq soy cəhətindən təmiz və İrandan olmayanlar hamısı çurkin və qəzetdə yazılan kimi soysuz və köksüz göstərilir. Bir ‘öz’ vardır yəni ‘iranlı’ və başqalarını da ‘əhrimən’ və şeytan olaraq görür.

Türklər və qadınları aşağılayan yazıya təpki və etirazlar genişlənməyə başladığı zaman Tarhe No qəzetinin baş redaktoru üzr istədiyini bildirib və dedi ki, “Dərc olunan hekayə Firdovsinin Şahnaməsindəndir ki, bəzi sözləri yöndəmsiz bir şəkildə dəyişidirilib və həssasiyyət yaranmasına səbəb olub.”

Əkbər Paşayi isə deyir ki, dövrün insan haqları dövrü olmasına baxmayaraq bunların Şahnamədə olan baxışı gündəmə gətirməsi ölkənin inkişafına zərər verir.

“Fars və İran millətçiliyinin təməlinin bir hissəsi qayıdır Şahnamədən olan oxunuşa. Şahnamədə iranlılıq soy cəhətindən təmiz və İrandan olmayanlar hamısı çirkin və qəzetdə yazılan kimi soysuz və köksüz göstərilir. Bir ‘öz’ vardır yəni ‘iranlı’ və başqalarını da ‘əhrimən’ və şeytan olaraq görür... Bunlar gəlir insan haqları söyləminin ortada olduğu bir dünyada həmin oxunuşu gündəmə gətirirlər və bu əsasda türklər və ərəblərə qarşı bir siyasət gedir və bu siyasət ölkənin inkişafına mane olur,” deyə Əkbər Paşayi əlavə edir.

XS
SM
MD
LG