Accessibility links

Əkbər Əbulzadə Əhərdə təşkil olan kütləvi məhkəməni şərh edir [Audio-Müsahibə]


Əkbər Əbulzadə
Əkbər Əbulzadə

Bir neçə həftə əvvəl Şərqi Azərbaycan vilayətinin Əhər şəhərində kütləvi şəkildə mühakimə edilən 40-a yaxın türk dil haqları fəallarından biri Əkbər Əbulzadə Amerikanın Səsinə danışıb. Mühakimə olunanların keçən illərdə nəzarət altına alınmasını və üzləşdikləri ittihamları ətraflı şəkildə şərh edən Əbulzadə bütün bu porseslərdə fəallardan əlavə onların ailələrinin də psixoloji basqı altında olduğunu vurğulayır.

Əkbər Əbulzadə Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:16:14 0:00

Əhər Məhkəməsi fevral 2014 Dünya Ana Dili Günündə tutulanlar və oktyabr 2015-de keçirilən “anti-irqçilik” etirazlarında tutulanlar ilə bağlı dosyeləri birləşdirib və 40-a yaxın fəalı kütləvi şəkildə mühakimə etməkdədir.
Hər iki tarixdə nəzarət altına alınanlar arasında olan Əkbər Əbulzadə bu dosyelərlə bağlı prosesi ətraflı şəkildə anladıb:

2014-cü il Dünya Ana Dili Günündə Əhər və Tehran kimi şəhərlərdə tutulan türk dil haqları fəalları.
2014-cü il Dünya Ana Dili Günündə Əhər və Tehran kimi şəhərlərdə tutulan türk dil haqları fəalları.

“2014 ili Dünya Ana Dili Gününü əzizləmək üçün Əhər şəhərində bir evdə təşkil olunmuş törəndə 70-ə yaxın fəal tutuldu. Bunlardan 63-ü üçün məhkəmə dosyesi təşkil olunmuşdu. Dəfələrlə məhkəməyə çağrılmalardan sonra, ən son 23 fəala çağırış göndərildi.

Bir məhkəmə çağırışı gəlir. Çağırış gəldikdən bir neçə ay sonra məhkəmə təşkil olunur. Məhkəmədən sonra, bunun sonu necə olacaq, necə bir hökm veriləcək, kimi [narahatlıqlar] olur. Bu, ailələrin üzərində bir ruhi basqı təşkil edir.
Əkbər Əbulzadə

2015 oktyabr ayında televiziyadan yayımlanan Fitilə adlı uşaq proqramında türklərin aşağılanması ardından başlanan etirazlarda da [Əhərdə] 30-a yaxın fəal tutulmuşdu. Bunlardan 23 fəal üçün məhkəmə dosyesi tərtib edildi ki, prosesin son mərhələsində ana dili günü tutulanların dosyesi ilə birləşdi və 15 fəal məhkəməyə çağrıldı.”

Əbulzadənin verdiyi məlumata görə, Əhərdə mühakimə olanlardan, Abbas Lisani, Saleh Molla Abbasi, İbrahim Rəşidi (Savalan), Əsgər Əkbərzadə, Abbas Nəzəri, Rahim Qulami, Həbib Əbulzadə, İbrahim Nuri və Əkbər Əbulzadə özü “təhlükəsizliyi pozmaq məqsədi ilə rejimə muxalif qruplaşmaları təsis və idarə etmək” ittihamı ilə günahlandırılırlar.

İsrafıl Fəthuallahzadə, Behzad Əbdi, Meysəm Azadi, Vəhid Faizpur, Şapur Nüsrətpur, Məhəmməd Rəhmanifər, Fərdin Muradpur, Əli Feyzipur, Murtaza Məhəmmədi, Meysəm Colani, Beytulla Bərzgər, Mənsur Seyfi və Səid Məhəmmədinin ittihamı isə həmin qruplaşmalara üzv olmaqdır.

Rejimə muxalif qruplaşmaları təsis və idarə etmə ittihamı Dünya Ana Dili Günü tədbiri ilə əlaqədar irəli sürülür.

Fəallar anti-irqçilik mitinqlərinə qatılmaq səbəbilə də, “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə” ittihamı ilə üzləşiblər. Bu ittihamla mühakimə olunan fəallar Saleh Mollah Abbasi, İsrafil Fəthullahzadə, Əlirza Çəngizi, Cəlal Durudgəri, Hamid Allahverdizadə, Murtaza Şükri, Məcid Nağızadə, İbrahim Nuri, Vahid Bəstami, Süleyman Kazımi, Murtaza Səfəri, Əkbər Cahangiri, Mehdi Zəncirbulağı, Arəş Cəfəri və Əkbər Əbulzadədən ibarətdir.

Oktyabr 2015-də "anti-irqçilik" etirazlarında tutulanlar
Oktyabr 2015-də "anti-irqçilik" etirazlarında tutulanlar

Əhər Məhkəməsi eyni gündə həmçinin keçən illərdə Uyğur türklərinə dəstək mitinqlərinə qatılan fəalları da mühakimə edib. Əbulzadənin dediklərinə görə, bu dosyeyə digərləri ilə eyni gündə baxılsa da onlarla birləşdirilməyib.
Əkbər Əbulzadə 2014-cü ilin ana dili günündə tutulduğu zaman 11 gün, anti-irqçilik mitinqləri zamanı tutulduğunda isə 1 gün nəzarətdə saxlanılıb və hazırda müvvəqəti azadlıqdadır. Onun kimi hər iki tarixdə tutulub nəzarət altına alınan başqa fəallar da var.

Əhərdə olan mədəni fəaliyyətlərə baxanda, məhkəmə proseslərinin belə uzun olmasında bir məqsəd görünür. İstəmirlər ki, bu fəallar mədəni və ictimai fəaliyyətlərə girişsin.
Əkbər Əbulzadə

Onun sözlərinə görə, bütün proseslərdə, fəallardan əlavə, onların ailələri də ruhi basqılara məruz qalır.

“Baxın, bir məhkəmə çağırışı gəlir. Çağırış gəldikdən bir neçə ay sonra məhkəmə təşkil olunur. Məhkəmədən sonra, bunun sonu necə olacaq, necə bir hökm veriləcək, kimi [narahatlıqlar] olur. Bu, ailələrin üzərində bir ruhi basqı təşkil edir. Eyni zamanda, Əhərdə olan mədəni fəaliyyətlərə baxanda, məhkəmə proseslərinin belə uzun olmasında bir məqsəd görünür. İstəmirlər ki, bu fəallar mədəni və ictimai fəaliyyətlərə girişsin,” deyə milli fəal ifadə edir.

O, həmçinin, ana dili günü tutulanları ilə bağlı məhkəmənin uzadılması, 2015 və 2017 illəri arasında dosyenin haradasa bağlanması, dosyenin Təbriz və Əhər məhkəmələri arasında “get-gəl”də olması kimi məqamlara işarə edərək, bəzi qanunsuzluqların həyata keçirdildiyini önə çəkir.

“Bu dosye ilə bağlı prosesə baxanda ki, Təbriz və Əhər arasında get-gəl olub, nəzərə gəlir ki, burada bu dosyeyə bəraət hökmü verilib. Amma, daha sonra bəzi basqılar nəticəsində dosye yenidən açılıb. Hətta o müddətdə müraciət edən bəzi yoldaşlara şifahi olaraq demişdilər ki, bu dosye bağlanıb. İndi də ki, iki il səssizlikdən sonra bunu yenidən açıblar. Bu bəzi sualları ortaya çıxarır..,” deyə Əkbər Əbulzadə əlavə edir.

XS
SM
MD
LG