Accessibility links

Air France hava yollarına məxsus sərnişin təyyarəsi Keniyada məcburi enməli olub


Air France hava yollarına məxsus sərnişin təyyarəsi Keniyada məcburi enməli olub. Buna səbəb təyyarənin tualetində aşkar edilən şübhəli cihaz olub.

Şirkətin icraçı derektoru Frederik Qaqi cihazın təhlükə törətmədiyini, yalnız təşviş yaratdığını bildirib.

Boeing-777 Mavrikidən Parisə uçurdu. Tualetdə bağlamanı görən şəxs uçuş heyətinə xəbər verib.

Keniyanın paytaxtı Mombasada enən təyyarənin 459 sərnişini və 14 nəfərlik ekipaj heyəti təyyarədən endirilib.

XS
SM
MD
LG