Accessibility links

Yeni Aİ Prokurorluğu maliyyə saxtakarlıqlarını hədəf alıb


Çərşənbə axşamı Lüksemburqda dələduzluqla mübarizə üçün Avropa İttifaqının yeni prokurorluğunun ofisi açılıb. Bu, 27 üzv ölkəyə 920 milyon dollarlıq koronavirus sonrası bərpa fondunun ayrılmasından əvvəl baş verib. Ancaq bu təşəbbüsə hər kəs imza atmayıb. Onlardan biri də Sloveniyadır. Onlar bu təşəbbüsə maneə ola bilər.

Avropa İctimai Prokurorluğu və ya EPPO hələ iyirmi ildir hazırlanır. İndi bu, bir reallıqdır. Aİ fondlarını əhatə edən iqtisadi və maliyyə cinayətlərinə qarşı mübarizə aparan bir qurum. Açılışda çıxış edən rumın dələduzluğa qarşı prokuror Laura Kovesi quruma rəhbərlik edir.

“Səhv etməyin, bu, istənilən demokratik cəmiyyətin ən yayılmış təhlükəsidir. Qanunsuz səlahiyyətləri alt-üst etmək və dəyişdirmək istəyən mütəşəkkil cinayətkar təşkilatlar haqda az xəbər verilir, daha az ciddiyə alınır, hətta tez-tez dözümlülük nümayiş etdirilər” - deyə, o qeyd edib.

İndiyə qədər qurumda 27 Aİ üzv dövlətindən 22-si iştirak edir. Hər birinin Lüksemburqdakı mərkəzi ofisində bir prokuror və öz ölkələrində yerləşən ən azı iki prokuror olacaq.

Yeni qurumun ildə təxminən 3000 işlə məşğul olacağı gözlənilir. Ədalət Komissarı Didye Reynders Aİ-nin büdcə saxtakarlığının yalnız 2019-cu ildə 600 milyon dollardan çox olduğunu bildirib. Adi Aİ vətəndaşları da mümkün maliyyə cinayətləri barədə məlumat verə bilərlər. Ancaq Reynders maliyyə cinayətlərinin üstünü açmaq səylərinin Aİ sərhədlərini aşması lazım olduğunu dilə gətirib.

“Aİ-nin maliyyə maraqlarının qorunması Aİ sərhədlərində bitmir və bitməməlidir. Dələduzluq və çirkli pulların yuyulması çox vaxt bizi yaxınlıqdakı ərazilərdə və xaricdə yurisdiksiyalara aparır. Bu səbəbdən EPPO iştirakçı üzv dövlətlərin səlahiyyətli orqanları ilə yanaşı, iştirak etməyən üzv dövlətlər və üçüncü ölkələrlə sıx əlaqələr yaratmalı və inkişaf etdirməlidir ” - deyə, Reynders bildirib.

Macarıstan və Polşa da daxil olmaqla, bir neçə Aİ üzvü prokurorluğa qoşulmayıb. Hesabatlarda İsveçin gələn il iştirak edəcəyi bildirilir.

XS
SM
MD
LG