Accessibility links

Ağ Ev “İran Azərbaycanı petisiyasına” rəsmi cavab verdi


White House Khojaly Petition
White House Khojaly Petition

"İran öz vətəndaşlarının universal insan haqlarını tanımır."

Ağ Evin veb səhifəsindəki “Biz Xalqıq” bölməsində yaradılan “İranın islam hökuməti etnik azərbaycanlıların fundamental hüquqlarını pozur” petisiyasına rəsmi cavab verilib. Ağ Evin cavabında deyilir ki, Birləşmiş Ştatlar İran hökumətinin insan haqları pozuntularından ciddə şəkildə narahatdır. “Buraya azərbaycanlılar, bəluclar, kürdlər və ərəblər də daxil olmaqla ölkənin etnik əhalisinə qarşı ayrı-seçkilik təcrübəsi daxildir,” – deyə Ağ Evin bəyanatında bildirilir. Cavabda İranın mütəmadi şəkildə zorakılıq, həbslər, hədə-qorxu və alçaltmalar vasitəsilə öz vətəndaşlarına universal insan haqlarını tanımadığı deyilir və bu addımların İran qanunlarını və beynəlxalq öhdəlikləri pozduğu xatırladılır. Bəyanatda bildirilir:

“Birləşmiş Ştatlar İran rəsmilərinin hərəkətlərinə görə məsuliyyət daşıması, insan haqları və vətəndaş cəmiyyəti müdafiəçilərini dəstəkləmək, və İranın daxilində qanun pozuntuları barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün bir neçə üsuldan istifadə edir. Ağ Ev və Dövlət Departamenti İran hökumətinin etnik və dini azlıqlara qarşı pis rəftarını dəfələrlə tənqid edib. Əlavə olaraq 2010-cu ildə Birləşmiş Ştatlar insan haqları pozuntularına vasitəçilik edən İranın 12 hökumət rəsmisinə və institutuna sanksiya tətbiq edib. Bu sanksiyalar nəticəsində onların ABŞ-a səfər etməsinə qadağa qoyulub, ABŞ-dakı mülkləri dondurulub.

Amerika Birləşmiş Ştatları İranda insan haqları məsələsi ilə bağlı beynəlxalq tərəfdaşları ilə birgə çalışır. Ardıcıl 10 ildir ABŞ BMT Baş Assambleyasında İranda insan haqları təcrübəsini tənqid edən uğurlu qətnaməni dəstəkləyir”.

Sonda isə bildirilir ki, Ağ Ev dinindən, etnik tərkibindən, siyasi bağlılığından asılı olmayaraq İran xalqına yardım etməyi özünə öhdəlik kimi qəbul edir və bu istiqamətdə fəaliyyətini davam etdirir.
XS
SM
MD
LG