İstər Milli, istər Saks, istərsə də Bo – artıq bir əsrdən çoxdur prezidentlər Ağ Evdə ev heyvanlarını özləri ilə birlikdə saxlayır. Bu ənənəni yalnız prezident Donald Tramp pozub.
Bir neçə il Bo bayram mövsümündə Ağ Evdə Obamaları şənləndirib, Baninin Buşları şənləndirdiyi kimi. Bu il isə prezident Donald Tramp və birinci xanım Melaniya Tramp əvvəlki prezidentlərdən fərqli olaraq, Milad təbriklərini ev heyvanı olmadan çatdırıb.
Lora Buş Barniyə müraciət edərək “Barni və Bizli, çox şadam ki, siz də bayram əhvali-ruhiyyəsindəsiniz” deyir.
İllər boyu ev heyvanları Ağ Evin sakinləri olub və Ağ Evin həyatında unikal rol oynayıb. Ağ Ev tarixçisi Matyu Kastello: “Bir qayda olaraq, bu onları amerikalılara daha yaxın edir. Amerikalıların çoxu it və pişik saxlayır. Yəni onlar sahiblərinin imicini daha mülayimləşdirir və onları ali baş komandan kimi rolarından daha fərqli şəkildə göstərir.”
Prezident Corc Buşun Barni adlı Şotlandiya terriyer cinsindən olan iti Ağ Evdəkiləri şənləndirirdi. O vaxt zarafatlyana bir video da çəkilmişdi. “Bu həftə Barni üçün yorucu həftə oldu. Deyilənlərə görə o, dövlət katibi, baş prokuror və təhsil naziri vəzifələrini tutmaq istəyirdi. Lakin Barni bu yüksək vəzifələrdən heç birinə təyin edilmədi.”
2005-ci ilidə çəkilən videoda prezident Corc Buş bunları deyir: “Barni mən bilirəm, sən mənim kabinetimə gəlmək istəyirsən. Lakin mən sənə artıq vacib iş tapşırmışam. Sənin işin Bizlinin qayğısına qalmaqdır.”
Ağ Evdə başqa heyvanlar da olub - Prezident Bill Klintonun pişiyi Saks, prezident Con Kennedinin qızının ponisi, prezident Riçard Niksonun iti Şekers. Hətta 1926-cı ildə Şükran Bayramı günü Ağ Evə Rebekka adlı yenot da gətirilmişdi və prezident Kelvin Kulic onu saxlamaq qərarına gəlmişdi. “Keçmişə baxsaq, Vorren Hardinqin iti Laddi Boy o vaxtlar çox məşhur idi. O, “Pasxa Yumurtası” oyununda iştirak edirdi. Onun Ağ Evdə öz kreslosu belə var idi. Yəni o, 1920-ci ilin əvvəllərində mətbuatın diqqətini çox cəlb edirdi” deyə, Matyu Kastello bildirir.
Matyu Kastello onu da əlavə edbi ki, Laddi Boy ev heyvanlarının prezidentin daha humanist görünməsi və daha çox xoşa gəlməsi kimi bir tendensiya yaratdı.