Accessibility links

Afşar Süleymani: Azərbaycan-İran əlaqələrində dönüş nöqtəsi olub [Audio-Müsahibə]


Afşar Süleymani
Afşar Süleymani

İranın Azərbaycandakı keçmiş səfirinin söylədiyinə görə, İran-Azərbaycan əlaqələrində əsas problem qarşılıqlı inam və etimadın lazımi səviyyədə olmamasıdır. Tehrandan Amerikanın Səsinə danışan Afşar Süleymani prezident Həsən Ruhaninin Azərbaycan Respublikasına rəsmi səfərinin nəticələrini dəyərləndirmiş, habelə prezident Xatəmi dönəmindən bəri iki ölkə münasibətlərinə nəzər salaraq bu münasibətlərdə rol oynayan amilləri şərh etmişdir.

Afşar Süleymani İran-Azərbaycan əlaqələrini şərh edir
please wait

No media source currently available

0:00 0:23:03 0:00

Afşar Süleymaninin sözlərinə görə, “İran-Azərbaycan əlaqələri 8 illik Əhmədinejad höküməti dövründə çox aşağı səviyyədə dayanmışdı. Ondan öncəki cənab Xatəmi zamanında çox gözəl idi. Müxtəlif sahələrdə inkişaf da görürdük. Cənab Ruhani gələndən sonra əlaqələrə müxtəlif sahələrdə təkan verilib və görüşmələr, sənədlərin imzalanması çoxalıb. Bu son görüşü də hesab etsək cənab Ruhani ilə cənab Əliyev son üç ildə təxminən 7 dəfə görüşüblər.”

Əlaqələrin əsas məqsədi və istiqaməti iqtisadi əlaqələr olur və bu iqtisadi əlaqələr həyata keçərsə başqa sahələrdə də təsirini göstərir.
Afşar Süleymani

“Əlaqələrin əsas məqsədi və istiqaməti iqtisadi əlaqələr olur və bu iqtisadi əlaqələr həyata keçərsə başqa sahələrdə də təsirini göstərir,” deyə önə çəkən sabiq səfir prezident Ruhaninin rəsmi səfərinin nəticələrinin imzalanan sənədlərin həyata keçirilməsindən sonra bəlli olacağını qeyd edir.

O, iki ölkə arasında viza rejiminin tamamilə qaldırılmasını çətinləşdirən bəzi texniki problemləri açıqlayır, amma vətəndaşların sərhəddə, ələlxusus hava limanlarında viza ala bilməsi üçün şəraitin təmin ola biləcəyini ifadə edir.

İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri çərçivəsində ik ölkə arasında 6 sənəd imzalanıb.
İran prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri çərçivəsində ik ölkə arasında 6 sənəd imzalanıb.

Afşar Süleymani Azərbaycan-İran arasında qarşılıqlı inam və etimad probleminə diqqət çəkir:

“Əsas məsələ həmişə İran və Azərbaycan arasında qarşılıqlı inam və etimadın lazımi qədər olmamasıdır. Bu da özü bir siyasi məsələdir. Qarşılıqlı inam nə qədər çoxalsa, iqtisadi əlaqələr və başqa münasibətlər də o qədər genişlənə bilər. İndi bəzi məsələlərə görə bəzi həssasiyyətlər var və bu əlaqələrin genişlənməsi və dərinləşməsinə imkan vermir. Xatəmi zamanında bunun düzəldilməsinə çalışıldı və irəli də getdi, amma sonra [Əhmədinejad dönəmində] dayandı. Son üç ildə də bu istiqamətdə çalışılıb...

Eyni zamanda bəzi xarici siyasətlərin də təsiri vardır. Bunların xarici siyasəti çox yerlərdə üst-üstə düşmür və eyni istiqamətdə deyil. İran və Azərbaycan burada müştərək mənfəətləri və müştərək düşüncələrini tapmalıdırlar...”

İran-Azərbaycan arasında müştərək mədəni, dini və tarixi əlaqələr əlaqələrin dərinləşməsi və möhkəmləşməsinə səbəb olmalı idi, amma əksinə elə bu müştərək nöqtələrin bəzisi İran və Azərbaycanı bir-birindən uzaqlaşmasına səbəb olur.
Afşar Süleymani

Afşar Süleymani iki ölkə arasında münasibətlərin genişlənməsinin İran Azərbaycanına təsirini də dəyərləndirir:

“Mən təəsüflənirəm buna görə ki, İranla Azərbaycan arasında müştərək mədəni, dini və tarixi əlaqələrin dərinləşməsi və möhkəmlənməsinə səbəb olmalı idi, amma əksinə elə bu müştərək nöqtələrin bəzisi İran və Azərbaycanı bir-birindən uzaqlaşmasına səbəb olur...

İki ölkənin sərhədləri elədir ki, bu tərəfdə İranın türkləri yerləşir. İranın sərhədləri üç Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil vasitəsilədir. Bir də Astara var ki, onun da çoxu türkdür. Təbii ki, qarşılıqlı etimad olsa birinci növbədə elə sərhəd vilayətlərdə yaşayanlar, türklər buradan qazanar. Amma mən hələ bunu görmürəm...”

İranın Azərbaycandakı keçmiş səfiri Rusiya və Türkiyənin də bu münasibətlərdə oynadıqları və oynaya biləcəkləri rola işarə edir: “Mən arzu edərdim ki, İran, Azərbaycan və Rusiya prezidentləri arasında keçirilən toplantıya Türkiyə prezidenti də qatılaydı və bu, dördtərəfli münasibətlər şəklində olaydı,” deyə o dilə gətirir.

XS
SM
MD
LG