Accessibility links

Afrika məşhur baobabları itirir [Video]


Afrika məşhur baobabları itirir
please wait

No media source currently available

0:00 0:01:52 0:00

Afrika məşhur baobabları itirir

İri gövdəli qədim, məşhur Baobab ağacı Afrikanın bir çox bölgələrində bitir. Lakin Afrikanın cənubunda savannada bitən ağaclar sürətlə məhv olurlar. Alimlər bunun səbəbindən əmin olmasalar da, bir çoxları iqlim dəyişikliyini günahlandırır. “Natural Plants” elmi jurnalında dərc olunan məqaləyə əsasən, 1000 və 2500 yaşı olan on üç baobabdan 9-u son onilliklərdə məhv olub.

Cənubi Afrikanın Limpopo vilayətində kəndli qurumuş Baobab ağacının yanında fikrə gedib . Burada yaşayanların həyatı bu ağaclardan asılıdır.

Kənd sakini Sifuqa Lazarus deyir ki, o, bu ağaclar öləndə özünü itirir, çünki ağaclar onlara kömək edir, onları sağaldır, onlara qida və kölgə verir.

Bu ağacın təqribən 1200 yaşı var. Bu Cənubi Afrika, Botsvana, Namibiya, Zambiya və Zimbabvedə sürətlə məhv olan baobab ağaclarından biridir. Alimlər deyirlər ki, buna səbəb artan temperatur və iqlim dəyişikliyi nəticəsində baş verən quraqlığa görə olan bilər.

Cənubi Afrika Milli Təhqiqat Fondunun nümayəndəsi olan Stefan Vudborn bildirir ki, baobabların yayıldığı cənub ərazilərdə onlar çox az sayda yeni cavan ağaclar görürlər, eyni zamanda onlar yaşlı ağacları itirirlər. Buna görə də onlar iqlim dəyişikliyinə uyğun olaraq onların yerlərini dəyişməyi düşünürlər.

Baobab dünyada hündürlüyü 20 metrdən artıq olan ən iri gülaçan ağacdır. Onların gövdələri və budaqları yağış mövsümündə böyük həcmdə suyu özündə saxlayır. İnsanlar onun turş meyvələrindən faydalı içkilər və yoqurta bənzər qida növlərinin hazırlanmasında istifadə edirlər.

Kənd sakini Anna Munzelele söyləyir ki, bu bir növ təbabətdir, onlar baobab ağacından enerji alırlar.

Baobablar saysız-hesabsız iri və xırda heyvanlara dəstək olan geniş ekosistemin bir hisəsidir.

Daniel Pouakouyu, BMT-nin ətraf mühit proqramının Afrika üzrə Texniki müşaviri deyir ki, bu, insanların həyatı və ekosistem üçün olduqca əhəmiyyətlidir. O güman edir ki, artıq bu növləri bərpa prioritetləri siyahısına qoymağın vaxtıdır, çünki onlar bu növləri əkə bilərlər. Bunu bacaran üçün baobabın toxumundan yeni ağac yetişdirmək çox asanddır.

Qədim baobabların bərpası günü-gündən daha da aktuallaşır. Çünki min illər yaşı olan bu ağaclar tədricən yoxa çıxır.

XS
SM
MD
LG