Accessibility links

2015 Afrikada aclıq ili olub [Video]


2015 Afrikada aclıq ili olub
please wait

No media source currently available

0:00 0:03:02 0:00

Səbəbi isə iqlim dəyişikliyi, böhranlar və davamlı yoxulluqdur

2015-ci il Afrika qitəsi üçün aclıqla yadda qalıb. Şərqi və Cənubi Afrikada El Nino və iqlim dəyişiklikləri ciddi qida böhranına səbəb olub. Cənubi Sudan və Mərkəzi Afrika Respublikasındakı böhranlar da, Səhraaltı bölgələrdəki əhali artımı və yoxsulluq da oxşar təsiri göstərib.

Bu il aclıq Afrikada ağır təsirlər buraxıb. Səbəbi isə iqlim dəyişikliyi, böhranlar və davamlı yoxulluqdur və bu bir sıra ölkələrdə minlərlə insanı çətin vəziyyətə salıb.

Biz hökümətlərə bu problemləri öz gücləri ilə həll etmək imkanı yaratmaq üçün onları texniki dəstək və institusional potensialla təmin edirik.

Cənubi Sudan, Malavi və Mərkəzi Afrika Respublikası kimi müxtəlif ölkələr son aylarda fəlakətə dair həyəcan təbili çalıb.

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı aclığın ən çox Səhra-altı Afrikada olduğunu bildirir - hər dörd nəfərdən biri kifayət qədər qidalanmır. Afrikada gündə 23 milyon uşaq məktəbə ac gedir.

Təşkilatdan David Orr deyir ki, Afrikanın cənub hissəsində 2015-ci il görülməmiş dərəcədə çətin keçib və bunun ən böyük səbəbi hava şəraitidir.

“Məncə bu ili fərqli edən quraqlıq, daha sonra isə El Ninodur. Yəni, iki ildir davamlı olaraq yağışlar azalıb. Bu isə əhalisinin 70 faizinin dolanışığını fermerliklə qazanan region üçün olduqca çətindir."

Lakin Afrika hökümətləri deyir ki, aclıq böhranı həm də onların müvəffəqiyyətsizliyidir və onlar daha böyük rol oynamalıdırlar. Bu ilin əvvəli Malavinin maliyyə naziri ölkənin aclıq vəziyyətini “skandal” kimi təsvir edib.

“Biz səylərimizi ikiqat artırmalıyıq və irəliləyiş əldə edə biləcəyimiz sahələrdə də bunu etməliyik.”

Gələn il quraqlığa görə 10 milyon adamın ciddi qida çatışmazlığı yaşayacağı xəbərlərindən sonra Efiopiya höküməti böhranın qarşısını almaq üçün rekord məbləğ ayırıb- 192 milyon dollar.

“Hökümət həddən artıq tədbirlidir və bizim hətta milli fəlakətə hazırlıq komitəmiz var, hansı ki, hər bazar ertəsi bir araya gəlib həftəlik hadisələri müzakirə edir.”

Qitənin digər hissələrində, məsələn Cənubi Sudanda, problemlər daha da mürəkkəbdir. Orada iki il davam edən amansız münaqişə yüz minlərlə insanı aclığa doğru aparıb.

Yardım işçiləri isə təşkilatların öz imkanları ilə edə bildiklərinin məhdud olduğunu deyir.

İki ildir davamlı olaraq yağışlar azalıb. Bu isə əhalisinin 70 faizinin dolanışığını fermerliklə qazanan region üçün olduqca çətindir.

“Biz və digər humanitar təşkilatlar o olkələrdəki hökümətləri dəstəkləmək üçün fəaliyyət göstərir. Biz də indi artıq daha çox bunu edirik, yəni biz təkcə bir mövsümlük və ya digər ərzaq yardım proqramları həyata keçirmirik. Biz hökümətlərə bu problemləri öz gücləri ilə həll etmək imkanı yaratmaq üçün onları texniki dəstək və institusional potensialla təmin edirik.”

Yəni onların demək istədiyi odur ki, həll yolları xaricdən gəlmir. Afrikalılar 2016-cı ildə aclığa qarşı mübarizə aparmaq istəyirlərsə, bu mübarizəyə Afrika hökümətlərinin özləri başçılıq etməlidir.

XS
SM
MD
LG