Accessibility links

Afina və Skopye Makedoniyanın adı ilə bağlı razılığa gəlib


Yunanıstanın baş naziri Aleksis Sipras və Makedoniyanın baş naziri Zoran Zaev
Yunanıstanın baş naziri Aleksis Sipras və Makedoniyanın baş naziri Zoran Zaev

Yunanıstan və Makedoniya uzun müddətdir Makedoniyanın adı ilə bağlı mövcud mübahisənin həllinə dair razılıq əldə edib. Bununla belə, əldə edilən kompromisin hər iki ölkədə narazılıqlara səbəb olduğu bildirilir.

Yunanıstanın baş naziri Aleksis Sipras razılığın əldə edildiyi haqda ölkə prezidenti Prokopis Pavlopulosa məlumat verib.

Yunanıstanın mövqeyinə görə, rəsmi Skopye Yunanıstanın Makedoniyalı İsgəndərin anadan olduğu Makedoniya ərazisi və onun qədim irsinə iddiarla qarşılaşmamaq üçün ölkənin adını dəyişməli idi.

Yunanıstan mübahisənin həll edildiyi halda, Makedonoyanın NATO-ya üzvlüyünə etirazını aradan qaldırmağa söz vermişdi.

Əldə edilmiş razılığa əsasən, ölkə “şimali”, ya da “yeni” Makedoniya adlandırılacaq. Lakin Yunanıstanda bir çoxları bu variantla kifayət qədər radikal olmadığı üçün razı deyillər.

Siprasın partlamentdə koalisiya üzrə tərəfdaşı olan “Müstəqil yunanlar” partiyasını təmsil edən müdafiə naziri Panos Kammenos parlamentdə səsvermə zamanı razılığa qarşı çıxacağını bildirib. Bu o deməkdir ki, baş nazir siyasi opponentlərindən dəstək almalı olacaq.

Bu arada, Skopyedə Makedoniyanın prezidenti George İvanov bildirib ki, o, konstitusiyada dəyişikliklər edilməsinə qarşıdır. Bu dəyişikliklər razlığa əsasən ölkənin adının dəyişməsinin daimi və həm ölkə daxilində, həm də xaricdə istifadəsinin icbari olması üçün qarantiya kimi tələb oluna bilər.

XS
SM
MD
LG