Accessibility links

BMT: Əfqanıstan dünyada uşaqların ən çox öldüyü ölkədir


BMT-nin bazar ertəsi bildirdiyinə görə, ardıcıl olaraq beşinci ildir Əfqanıstan dünyada uşaqların ən çox öldüyü ölkədir.

BMT-nin baş katibi `Uşaqlar Silahlı Münaqişələrdə` adlı illik hesabatında 2019-cu ildə Əfqanıstanda 3000-dən çox uşağının öldürüldüyünü və təxminən bir o qədərinin də quruda döyüşlər, partlayışlar və intihar hücumları nəticəsində yaralandığını bildirib.

Uşaq ölümlərinin 1200-dən çoxuna Taliban, min nəfərə qədərinə isə Əfqanıstan Milli Ordusu, Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri də daxil olmaqla, hökumət və hökumətyönlü qüvvələr cavabdehdir.

"Keçənilki seçkilər öncəsi və seçkilər zamanı həyata keçirilən zorakılıqların təsiri çox oldu" - deyə, hesabatın virtual açılışında Əfqanıstan barədə danışarkən baş katibin "Uşaqlar və silahlı qarşıdurmalar" üzrə xüsusi nümayəndəsi Virciniya Qamba bildirib,

Əfqanıstanın ən təhlükəli yerlərdən biri olmasına baxmayaraq, Qamba hökumətin və beynəlxalq hərbi qüvvələrin tətbiq etdiyi tədbirlər sayəsində 2018-ci ildən bəri itki sayının azaldığını deyib.

"Sülh prosesi davam edir və indi nisbi sabitlik müşahidə edilir ki, biz bunun ölüm hallarının azalmasına səbəb olacağına inanırıq" - deyə, o bilıdirib.

İllik hesabatda Əfqanıstandan sonra müharibə şəraitində olan Suriya və Yəmənin olduğu deyilir.

Dünyanın ən böyük humanitar böhranının yaşandığı Yəməndə ilk növbədə, quruda döyüşlər və hava hücumları nəticəsində 1400-dən çox uşaq ölüb və ya yaralanıb. Məktəblərə azı 20 hücum olub. Hesabatda itkilərin 313-nün Husi üsyançılarına, 222-i Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinə aid olduğu deyilib.

Hesabatda kobud şəlikdə qanun pozuntularına yol verən Səudiyyə Ərəbistanının adı çəkilmədiyi üçün insan haqları qrupları qəzəblənib və hesabatı "utanc siyahısı" adlandırıb.

"Koalisiyaya rəhbərlik edən Səudiyyə Ərəbistanını və Ərəb Əmirliklərini 'utanc siyahısından' çıxarmaqla baş katib cavabdehlərin uşaq ölümlərinin məsuliyyətindən azad edildiyinə dair güclü bir mesj göndərib - deyə, Uşaqlar və Silahlı Münaqişələr təşkilatının direktoru Adrian Lapar bildirib.

Hesabatda əsasən Burkina Faso və Kamerun olmaqla, Afrikanın Sahil və Çad hövzəsi bölgələrindəki qarşıdurmalarla əlaqədar narahatlıqlar da var.

XS
SM
MD
LG