Accessibility links

Əfqanıstan və ABŞ strateji anlaşmaya dair razılıq əldə edib


Əfqanıstan və Birləşmiş Ştatlar 2014-cü ildə Qərb ölkələrinin silahlı qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra iki ölkə arasında münasibətləri müəyyən edən strateji tərəfdaşlığa dair razılıq haqda sənədi yekunlaşdırıb.

Əfqanıstan prezidenti Həmid Karzainin idarəsinin açıqladığı bəyanatda deyilir ki, razılıq bazar günü Əfqanıstanın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Rangin Dadfar və ABŞ-ın Əfqanıstandakı səfiri Rayan Kroker tərəfindən imzalanıb. Bəyanatda sənədin ABŞ prezidenti Barak Obama və Əfqanıstan prezidenti Həmid Karzai tərəfindən imzalanmaq üçün hazır olduğu bildirilir.

Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Rangin Dadfar deyib ki, sənəd Əfqanıstanda, habelə regionda və bütün dünyada təhlükəsizliyin təmin edilməsi üçün güclü əsas yaradır.

Səfir Kroker isə razılığın iki eynihüquqlu və suveren ölkə arasında uzun müddətli strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. Sənədlə bağlı xüsusi detallar açıqlanmayıb.

Danışıqlarda irəliləyiş bu yaxınlarda ABŞ-ın Əfqanıstanın Birləşmiş Ştatların Baqram hərbi hava bazasında həbsxananın nəzarətini əfqanlara ötürülməsi və Taliban döyüşçülərinə qarşı xüsusi təyinatlı qüvələrin gecə reydlərinə son qoyulması haqda tələbini təmin etməyə razı olmasından sonra əldə edilmişdir.

XS
SM
MD
LG