Accessibility links

BMT Əfqanıstanda mülki vətəndaşlar arasında ölüm hallarının artdığını deyir


BMT-nin bildirdiyinə görə, 2013-cü ilin birinci yarısında Əfqanıstanda mülki vətəndaşlar arasında ölənlərin sayı 23 faiz artıb. Təşkilatın "Əfqanıstana Yardım Missiyası"nın bu gün açıqladığı illik hesabatında mülki vətəndaşlar arasında ölüm hallarının artmasının bomba hücumlarının çoxalması səbəbindən olduğu deyilir.

Bu açıqlamanı bu gün paytaxt Kabildə keçirilən mətbuat brifinqi zamanı "Əfqanıstana Yardım Missiyası"nın İnsan Haqları şöbəsinin direktoru Corcetta Qanyon verib.

Hesabatda deyilir ki, 2013-cü ilin birinci yarısında Əfqanıstanda 1319 nəfər ölmüş, 2533 nəfər yaralanmışdır. Bu isə 2012-ci illə müqayisədə ölənlərin 14, yaralananların 28 faiz artması deməkdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG