Accessibility links

Əfqanıstanın Cəlalabad şəhər polis idarəsinə hücumlar olub


Əfqan rəsmilərinin bildirdiyinə görə, bir qrup intiharçının ölkənin şərqindəki Cəlalabad şəhərindəki polis bazasında həyata keçirdikləri bomba hücumu azı 5 zabitin ölümünə səbəb olub. Polis hücumçulardan birinin bu gün səhər bomba yerləşdirilmiş avtomobili polis baş qərargahının girişində, digər iki inhiharçının isə özlərini binanın içərisində partlatdığını bildirib.

Xəbərdə bir neçə yaraqlının atışma zamanı öldürüldüyü və 4 polisin yaralanmasına səbəb olan hücumların məsuliyyətinin Talibanın öz üzərinə götürdüyü deyilir.
XS
SM
MD
LG