Accessibility links

Taliban Kabildə daha bir hücum həyata keçirdi


Polisin Amerikanın Səsinə bildirdiyin görə, Əfqanıstanın paytaxtı Kabildə insanların çox olduğu bankın yaxınlığında intiharçının özünü partlatması nəticəsində azı 5 nəfər ölüb, 9 nəfər yaralanıb.

Bomba hücumunun Birləşmiş Ştatlar güclü mühafizə olunan səfirliyinin yaxınlığındakı "Kabil Bankı"nın filialının girəcəyində həyata keçirildiyi bildirilib.

"Partlayış bankın lap girəcəyində baş verdi. Partlayışdan dərhal sonra polis hücumçuya atəş açdı. Sonra nələr baş verdiyindən xəbərim olmadı" deyə, şahidlərdən biri bildirib.

Hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb. Qrup hücumu insanların müsəlmanların Qurban bayramı ərəfəsində bankdan pul almağa gəldikləri vaxt həyata keçirib.

Keçən həftənin cümə günü də Kabildəki şiə məscidinə edilən bomba hücumu 40 nəfərdən çox insanın ölümünə, 100-dən çoxunun yaralanmasına səbəb olub. Həmin hücumun məsuliyyətini isə İslam Dövləti öz üzərinə götürüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniyanın müdafiə naziri dəstək məqsədilə Ukraynaya səfər edib
please wait

No media source currently available

0:00 0:12:00 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG