Accessibility links

Kabildə daha bir intiharçı hücumu


Bu gün səhər tezdən Kabildəki Əfqanıstan Hərbi Akademiyasına edilən hücum Milli Ordunun 11 əsgərinin ölümünə, 16-nın isə yaralanmasına səbəb olub.

Müdafiə Nazirliyi sözçüsü hücumun 5 intiharçı tərəfindən həyata keçirildiyini bildirib. Əfqanıstan Hərbi Akademiyasına hücum edən intiharçılardan ikisinin özlərini akademiyanın girəcəyində partlatdıqları, digər üç nəfərin içəriyə daxil olmağa cəhd etdikləri deyilib. Bildirildiyinə görə, iki hücumçu öldürülüb, biri isə ələ keçirilib.

Amaq xəbər agetçiyinin bildirdiyinə görə, hücumun məsuliyyətini İslam Dövləti öz üzərinə götürüb.

Hərbi Akademiyaya edilən hücum şənbə günü Kabildəki hökumət binası qarşısında polis işçiləri də daxil edilməklə, 100 nəfərdən çox insanın ölümü ilə nəticələnən hücumun şokunun hələ də yaşandığı vaxt baş verib.

Bugünkü hücum son 10 gündə Kabildə həyata keçirilən üçüncü hücumdur. Şəhərin Intercontinental mehmanxanasına edilən hücum zamanı 14-ü xarici vətəndaş olmaqla, 22 nəfər ölmüşdü. Ölənlər arasında azı 4 amerikalı var idi.

Bir-birinin ardınca belə ağır hücumların keçirilməsi rəsmilərin zorakılığın qarşısını ala bilməməsi ilə bağlı tənqidlərini artırıb.

XS
SM
MD
LG