Taliban çərşənbə günü bildirib ki, onların yerli qadınların Əfqanıstanda Birləşmiş Millətlər Təşkilatında işləməsini qadağan etmək qərarı bütün tərəflərin hörmət etməli olduğu daxili məsələdir.
Fundamentalist de-fakto hakimiyyəti ilk rəsmi cavabını əfqan qadın işçilərinə BMT-də işləmə qadağasınin qüvvəyə minməsindən bir həftə sonra verib. Cavab BMT-nin Kabildəki ofisinin "qanunsuz" məhdudiyyəti pisləməsindən və dünya qurumunun ölkədəki fəaliyyətini dayandırmağa sövq edə biləcəyi barədə xəbərdarlığından bir gün sonra verilib.
Talibanın baş sözçüsü Zabihulla Mücahid kişilərdən ibarət hökumətinin rəsmi adından istifadə edərək, çərşənbə günü verdiyi açıqlamasında "İslam Əmirliyi Birləşmiş Millətlər Təşkilatına maneələr yaratmaq istəmir" deyib.
"Daha doğrusu bu, Əfqanıstanın heç kimə problem yaratmayan və bütün tərəflərin hörmət etməli olduğu daxili məsələsidir" - deyə, Mücahid əlavə edib.
BMT ̆aş katibin müavini Əminə Məhəmməd çərşənbə günü Twitter hesabında “Əfqanıstanda qadınların hüquqlarından imtina etmək bir seçim deyil” yazıb.
BMT-nin Əfqanıstanda 4000-ə yaxın əməkdaşı var və onlardan 3300-ü əfqandır. Onların arasında 400-ə yaxın əfqan qadın və 200 xarici qadın işçi var.
Keçən ilin dekabr ayında Taliban qadın işçilərə yerli və beynəlxalq yardım təşkilatları ilə işləməyi qadağan edib və bəzilərini xeyriyyə işlərini dayandırmağa məcbur edib.
Birləşmiş Millətlər Təşkilatı ölkə daxilində illərlə davam edən müharibə və quraqlıqdan əziyyət çəkən milyonlarla əfqanın qadağan irəli gələn "böhranın istənilən mənfi nəticələrinə" görə Taliban administrasiyasının məsuliyyət daşıyacağını bildirib.
Mücahid isə bəyanatında Əfqanıstandakı humanitar böhrana görə Qərb hökumətlərini günahlandırıb və bunun ölkənin maliyyə və bank sisteminə beynəlxalq sanksiyaların nəticəsi, mərkəzi bankın xaricdəki aktivlərinin dondurulması, Taliban liderlərinə səyahət qadağalarının nəticəsi olduğunu deyib.